“İlham baba, olar öz telefonumuzla şəkil çəkdirək?” - Video
23 İyun 2026, 14:09
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
894
24.04.2026, 12:56
"YouTube" platformasında yayımlanan “Kazusmedia” hüquq layihəsinin növbəti buraxılışı tamaşaçıların ixtiyarına təqdim olunub.
Budəfəki buraxılışın qonağı Vəkillər Kollegiyasının üzvü, “Universal” Vəkil Bürosunun vəkili Vəfadar Piriyev olub.
Uzun illərin peşəkar təcrübəsinə malik olan Vəfadar Piriyev müsahibə zamanı vəkillik fəaliyyəti dövründə qarşılaşdığı maraqlı və yaddaqalan hadisələrdən, bu peşənin tələb etdiyi yüksək məsuliyyət və üzləşdiyi çətinliklərdən ətraflı bəhs edib. O, vəkilliyin yalnız hüquqi biliklərdən ibarət olmadığını, eyni zamanda etik dəyərlərə sadiqlik, obyektivlik və insan talelərinə həssas yanaşma tələb edən bir peşə olduğunu vurğulayıb.
Müsahibə çərçivəsində vəkil hüquq sahəsinin müxtəlif istiqamətlərinə dair fikirlərini bölüşüb, hansı hüquq sahəsinin daha cəlbedici olması, qanunların cəmiyyətə xidməti prinsipi, eləcə də insanların qanunlara münasibəti kimi fundamental məsələlərə toxunub. O, həmçinin haqsız hesab olunan qərarların hüquqi əsaslandırılması, hüquqşünas üçün mütaliənin əhəmiyyəti, süni intellektin hüquq sahəsində tətbiqinin potensial üstünlükləri və mümkün riskləri barədə maraqlı fikirlər səsləndirib.
Bununla yanaşı, Vəfadar Piriyev praktik fəaliyyətdə tez-tez rast gəlinən situasiyalara da diqqət çəkib. Belə ki, müdafiə etdiyi şəxslərin sonradan doğru məlumat vermədiyinin üzə çıxması halları, bu kimi vəziyyətlərdə vəkilin davranışı, həmçinin vəkilin mühakimə qabiliyyətinin formalaşmasında məhkəmə təcrübəsinin rolu kimi məsələlərə aydınlıq gətirib.
Layihə qısa, dinamik və maarifləndirici formatı ilə seçilir. Veriliş zamanı qonağa hüquq sahəsinə dair aktual mövzuları əhatə edən əsas suallar ünvanlanır və hər suala 1 dəqiqəlik cavab limiti tətbiq olunur. Bu yanaşma proqramın həm yığcamlığını təmin edir, həm də izləyicilərin diqqətini əsas məqamlarda cəmləyərək informasiyanın daha effektiv çatdırılmasına imkan yaradır.
Qeyd edək ki, “Hüquqşünasa 7 sual, 7 cavab” layihəsi hüquqşünasların şəxsi təcrübələrini, peşəyə baxışlarını və hüquqi mövqelərini ictimaiyyətə çatdırmaqla yanaşı, hüquqi maarifləndirmə missiyasını da həyata keçirir. Layihənin məqsədi cəmiyyətdə hüquq mədəniyyətini təşviq etmək, gənc hüquqşünaslarda motivasiyanı artırmaq və hüquqa olan marağı gücləndirməkdir.
Ətraflı:
12:31 / 07 İyul 2026
7
12:25 / 07 İyul 2026
23
12:18 / 07 İyul 2026
65
12:00 / 07 İyul 2026
542
11:58 / 07 İyul 2026
55
11:52 / 07 İyul 2026
140
11:51 / 07 İyul 2026
47
11:33 / 07 İyul 2026
60
11:22 / 07 İyul 2026
89
11:10 / 07 İyul 2026
70
11:09 / 07 İyul 2026
68
11:05 / 07 İyul 2026
70
11:01 / 07 İyul 2026
215
10:53 / 07 İyul 2026
296
10:48 / 07 İyul 2026
66
10:46 / 07 İyul 2026
69
10:39 / 07 İyul 2026
80
10:32 / 07 İyul 2026
72
10:15 / 07 İyul 2026
468
10:12 / 07 İyul 2026
87
09:59 / 07 İyul 2026
84
09:58 / 07 İyul 2026
1049
09:38 / 07 İyul 2026
538
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.