Xəzər dənizində naməlum varlıq görüldü - VİDEO
10 Noyabr 2026, 23:17
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
820
25.03.2026, 11:25
Paytaxtın Sabunçu rayonunda oğurluq hadisələri baş verib.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək onlara məxsus nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının naməlum şəraitdə oğurlandığını bildiriblər. Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Həsən Səfərli müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs avtomobillərin dövlət qeydiyyat nişanlarını oğurladıqdan sonra öz mobil nömrəsini nəqliyyat vasitələrinin üzərinə yerləşdirib. Daha sonra avtomobil sahibləri həmin nömrə ilə əlaqə saxladıqda, nişanları geri qaytarmaq üçün onlardan pul tələb edib. Onun bu üsulla paytaxtın digər ərazilərində də analoji cinayətlər törətdiyi məlum olub.
Sabunçu RPİ 13-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər tədbir zamanı isə 2 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən nağd pul oğurlamaqda, həmçinin rayon ərazisində yerləşən obyektdən əlvan metallar talamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 27 yaşlı Elçin Xəlilov da müəyyən edilərək saxlanılıb.
Hər iki şəxslə bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir.
23:53 / 12 Noyabr 2026
77
23:51 / 12 Noyabr 2026
1
23:40 / 12 Noyabr 2026
72
23:34 / 12 Noyabr 2026
63
23:24 / 12 Noyabr 2026
273
23:20 / 12 Noyabr 2026
66
23:19 / 12 Noyabr 2026
58
23:18 / 12 Noyabr 2026
69
23:12 / 12 Noyabr 2026
70
23:03 / 12 Noyabr 2026
78
23:02 / 12 Noyabr 2026
164
22:59 / 12 Noyabr 2026
74
22:55 / 12 Noyabr 2026
86
22:49 / 12 Noyabr 2026
101
22:40 / 12 Noyabr 2026
81
22:24 / 12 Noyabr 2026
144
22:21 / 12 Noyabr 2026
91
22:13 / 12 Noyabr 2026
104
21:55 / 12 Noyabr 2026
97
21:39 / 12 Noyabr 2026
106
21:26 / 12 Noyabr 2026
1175
21:19 / 12 Noyabr 2026
114
21:04 / 12 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.