Polis Astarada əməliyyat keçirib, 45 kq narkotik aşkarlanıb - VİDEO
27 May 2026, 16:55
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1056
24.09.2025, 11:41
Lənkəran rayonunun M.Qarayev adına Zövlə kənd tam orta məktəbində direktor müavini həm şagirdə, həm də texniki işçiyə şiddət göstərib.
Oxu24.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Bildirilib ki, hadisə 6 ay əvvəl baş verib. Videoda şagirdə və xadimə qadına əl qaldıran şəxs vəzifəsindən azad olunsa da, sonradan yenidən öz işinə qayıdıb. Görüntülər də məhz bundan sonra ictimailəşib.
Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab aldıq: “Məlumat üçün bildiririk ki, 11 mart 2025-ci il tarixində Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və kiçik xidmətedici işçisinə fiziki zorakılıq davranışı iddiası əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, 17 aprel 2025-ci il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”.
Məlumata görə, hadisə ilə bağlı polis tərəfindən araşdırma başladılıb. Tərəflər bir-birilərindən şikayətlərinin olmadıqlarını bildirdikləri üçün barışıq əldə olunub.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan isə sorğumuza cavab olaraq bildirilib ki, tərəflərin cari ilin mart ayının 14-də daxil olmuş müraciətləri əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılıb: “Müvafiq ekspertizalar təyin edilib və digər prosessual hərəkətlər həyata keçirilib. Məhkəmə tibbi ekspertizasının rəyi, tərəflərin şikayət və tələbinin olmadığı nəzərə alınaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib”.(qafqazinfo)
17:19 / 27 May 2026
6
17:16 / 27 May 2026
18
17:14 / 27 May 2026
29
17:02 / 27 May 2026
56
17:00 / 27 May 2026
56
16:55 / 27 May 2026
43
16:45 / 27 May 2026
430
16:41 / 27 May 2026
55
16:34 / 27 May 2026
68
16:30 / 27 May 2026
64
16:23 / 27 May 2026
158
16:22 / 27 May 2026
61
16:20 / 27 May 2026
124
16:00 / 27 May 2026
60
15:54 / 27 May 2026
81
15:30 / 27 May 2026
67
15:24 / 27 May 2026
84
15:19 / 27 May 2026
124
15:13 / 27 May 2026
70
15:10 / 27 May 2026
79
15:01 / 27 May 2026
162
14:38 / 27 May 2026
266
14:25 / 27 May 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.