Pensiyalarda ikinci artımı bu şəxslər alacaqlar
16 Noyabr 2026, 17:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
46
16.11.2026, 17:47
Andrey Tarkovski deyirdi ki, sənətin missiyası insanı ölümə hazırlamaqdı. Bu, sənətin boyununa yüklənən dini öhdəlikdir. Sənətə “dinin instrumental alt qatı” kimi baxmaqdır.
Sənət insanı ölümə hazırlayacaqsa, onda din nə işə baxacaq? İnsanı ölüm qorxusuyla manipulyasiya edib öz həqiqətlərinə inandırmaq dinin strategiyasıdır. Sənət insana bir anlıq da olsa ölümü unutdurmaq, onu dinin mənəvi işgəncəsindən müvəqqəti də olsa azad etmək cəhddir.
Ağıllı insan qorxmuş yox, qorxudulmuş insandır. Qorxmaq ağıl yaratmır, bütün heyvanlar qorxur, ağlı yaradan qorxudulmaqdır. Qorxma aktı təhlükə anında yaranır və təhlükə keçdikdən sonra unudulur. Heyvanlarda bu mexanizm işləyir.
Qorxudulmaq isə təhlükənin insan beyninə ömürlük transplantasiyasıdır. Din qorxunun transplantasiya mərkəzidir, qorxunu donor olaraq təbiətdən alır və onu təbiətin övladının vücuduna köçürür.
Qorxudulmaq, emosional beyninin – amiqdalanın (mistiklərin ruh dediyi orqan) - qorxu hissi ilə mumiyalanmasıdır. Ağıl, ruhu, yaxud amiqdalası qorxu ilə mumiyalanmış insanın gizli həyatıdır. İnsan qorxunu bu gizli həyatıyla aşır və yaradıcılığın fantasmaqorik ərazilərinə daxil olur.
Mağara divarına şəkillər qazıyan insan özünün ağlı, yəni gizli həyatıyla qorxunu aşan və yaradıcılığın fantasmaqorik ərzilərinə daxil olan ilk insan olmuşdur. Burada onu xaosla nizamın, qarabasma ilə qroteskin, faciə ilə yumorun qarışığından yaranan fərqli bir gerçəklik gözləyirdi.
Gerçəkliyin qroteskvari, yəni əyləncəli-xəyali şərhi sənətin zatındadır. Bu mənada Servantes Tarkovskidən daha mistikdir, çünki o, yaradıcılığın fantasmaqorik ərazilərinə daxil ola bilmişdi, Tarkovski isə gerçək dünyadakı yerindən tərpənmir, mistisizmi din onun evinə pay göndərir.
Aqşin Yenisey
18:05 / 16 Noyabr 2026
7
18:04 / 16 Noyabr 2026
2
17:55 / 16 Noyabr 2026
21
17:50 / 16 Noyabr 2026
50
17:30 / 16 Noyabr 2026
57
17:26 / 16 Noyabr 2026
71
17:25 / 16 Noyabr 2026
57
17:25 / 16 Noyabr 2026
80
17:19 / 16 Noyabr 2026
65
17:12 / 16 Noyabr 2026
62
17:10 / 16 Noyabr 2026
64
17:01 / 16 Noyabr 2026
69
16:55 / 16 Noyabr 2026
76
16:52 / 16 Noyabr 2026
68
16:50 / 16 Noyabr 2026
70
16:33 / 16 Noyabr 2026
92
16:25 / 16 Noyabr 2026
293
16:17 / 16 Noyabr 2026
117
16:12 / 16 Noyabr 2026
153
16:08 / 16 Noyabr 2026
131
15:45 / 16 Noyabr 2026
101
15:18 / 16 Noyabr 2026
139
15:00 / 16 Noyabr 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.