İcra Hakimiyyətinin göndərdiyi qurban əti köhnə olub? - Açıqlama
28 May 2026, 12:29
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1420
19.09.2025, 13:13
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin mənsubu Ziya Quliyev Baku TV-yə müsahibəsində Vətən müharibəsindəki döyüş təcrübəsindən danışıb.
O bildirib ki, uşaqlıqdan kəşfiyyatçı olmaq arzusunda olub.
Kəşfiyyatçı hazırlığı kursuna qatıldığını deyən Z.Quliyev döyüş yolunun Vətən müharibəsindən başladığını söyləyib.
“Ağdam istiqamətində hərəkət edərək Məlikli kəndində düşmən postuna basqın etdik və onların bütün canlı qüvvələrini məhv etdik. Ərazi relyefi elə vəziyyətdə idi ki, mövqelənməyə yer yox idi, sadəcə yerdə sipər almışdıq. Bel çantam deşik-deşik idi, amma mənə güllə dəyməmişdi”, ‒ deyə kəşfiyyatçı qeyd edib.
Z.Quliyev müharibə zamanı döyüş yoldaşı Quliyev Orxanın yaralanma anını xatırlayıb: “Təpə ilə sürünərək onun yanına qalxdım, gördüm ki, ürəyindən bir santimetr yuxarıdan güllə dəyib çıxıb. Gözünü açıb dedi ki, qoymayın ölüm. Hazırda qazidir”.
Bölük komandirinin əməliyyat zamanı onlarla əlaqə saxladığını söyləyən Quliyev əlavə edib ki, komandir ondan düşmənin dayaq məntəqəsini məhv edib-edə bilməyəcəyini soruşub:
“Mənə dedi ki, düşmənin dayaq məntəqəsini məhv edə biləcəksən? Dedim ki, komandir, biz bura vurmağa gəlmişik. Məntəqəni nişan alaraq məhv etdim”.
Əməliyyat nəticəsində təxminən 23 saat 43 dəqiqəyə torpaqların tamamilə azad edildiyini vurğulayan kəşfiyyatçı Ali Baş Komandan İlham Əliyevə təşəkkürünü bildirib.
12:48 / 28 May 2026
9
12:37 / 28 May 2026
59
12:29 / 28 May 2026
40
12:28 / 28 May 2026
54
12:16 / 28 May 2026
68
12:12 / 28 May 2026
60
11:57 / 28 May 2026
186
11:53 / 28 May 2026
352
11:43 / 28 May 2026
77
11:29 / 28 May 2026
80
11:27 / 28 May 2026
168
11:23 / 28 May 2026
56
11:11 / 28 May 2026
65
11:03 / 28 May 2026
91
11:02 / 28 May 2026
76
10:51 / 28 May 2026
1025
10:46 / 28 May 2026
102
10:41 / 28 May 2026
90
10:32 / 28 May 2026
537
10:20 / 28 May 2026
73
10:15 / 28 May 2026
174
10:14 / 28 May 2026
73
09:59 / 28 May 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.