“İran qalib olacaq, yoxsa, ABŞ-İsrail tərəfi?”- Siyasətçidən şərh
12 Mart 2026, 14:09
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1065
29.01.2026, 21:15
Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, onun üçün Qarabağ məsələsi artıq tam bağlanıb. Qarabağ hərəkatı davam etməməlidir. Mən, Ermənistan Baş naziri olaraq, hazırkı siyasi xətti davam etdirəcəyəm. Əgər vətəndaşlar hesab edirsə ki, səhv edirəm və bu siyasətlə razı deyillərsə, onları inqilaba çağırıram”.
Buna baxmayaraq, erməni ictimaiyyəti hələ dəgerçəkliklə barışmamaqda israrlıdır. Beləki, 27 yanvarda müharibədə ölmüş ermənilərin basdırıldığı Yerablur (Üçtəpə ) qəbiristanlığında ucaldılmış “artsax çağırışı” "abidə"sini ziyarət ediblər, orada pafoslu çıxışlarla gəncləri qisasa səsləyiblər. Bundan başqa sosial şəbəkələr üzərindən “qədim erməni yurdu artsax” təbliğatları geniş vüsət alıb.
Bütün dünya təsdiq etdi ki, Qarabağ Azərbaycanın bir hissəsidir. Bəs, niyə ermənilər bu gerçəyə qarşı israrlı şəkildə birləşirlər?
Oxu24.com-un sualını Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru Ermənişünas alim İsmayıl Tanrıverdi cavablandırıb.
Həmçinin oxuyun
Ermənişünas alim bildirib ki, hələ Ermənistan dövləti yaranmamışdan əvvəl ermənilər mütəşəkkil şəkildə birləşib türk toplumlarına qarşı terror və kütləvi ölümlər həyata keçirib. Təsəvvür edin ki, erməni kilsəsi (özlərinin iddiasına görə, guya 1441-ci ildə öz mərkəzini qədim Azərbaycan torpağı olan Eçmiədzinə köçürüblər) türklərə qarşı terrorun təşkilatçısı, kütləvi ölümlərin səbəbkarı isə Erməni qriqoryan kilsəsi olub. Erməni qriqoryan kilsəsi ilk yarandığı gündən bu günə qədər ermənilər arasında öz nüfuzunu qoruyub, saxlayıb. Qərbin əlində Qafqaza və Türkiyə qarşı “çomaq aləti” rolunu oynayan Erməni qriqoryan kilsəsini Avropa dövlətləri hər zaman dəstəkləyib. “Böyük Ermənistan” , “artsax” , Türkiyə ərazisində “Qərbi Ermənistan” nağıllarını gerçək kimi ermənilərin beyninə doldurub, onları qisasçılıq hisslərinə təşviq edib, bu hisslərdən istədikləri kimi istifadə edirlər. Qərb dövlətlərində, eləcə də, ABŞ-da erməni mərkəzləri fəaliyyət göstərir ki, bu da separatizmin və terrorizmin genişlənməsinə yardımçı olmaq üçün maliyyə imkanlarına malikdir.
Bir sözlə, Ermənistanda, eləcə də dünya erməniləri arasında separatizm meyllərini, terror və qisasçılıq hallarının azalması üçün ilk öncə erməni kilsələrinin fəaliyyətini nəzarətdə saxlamaq lazımdır. Göründüyü kimi Paşinyan 500 illik erməni terrorizminin daha dəqiq , kilsə ekstrimizminin qarşısını almaqda hələ ki çox zəifdir. Bu səbəblə də erməni təxəyyül məhsulu olan “artsax” kimi dərin xəstəliklərin müalicəsi çətindir”- deyə İsmayıl Tanrıverdi bildirib.
Əntiqə Rəşid
00:07 / 14 Mart 2026
160
23:57 / 13 Mart 2026
708
23:55 / 13 Mart 2026
51
22:32 / 13 Mart 2026
69
22:29 / 13 Mart 2026
57
21:42 / 13 Mart 2026
105
21:37 / 13 Mart 2026
107
21:26 / 13 Mart 2026
309
21:22 / 13 Mart 2026
105
21:14 / 13 Mart 2026
1182
20:54 / 13 Mart 2026
79
20:25 / 13 Mart 2026
75
20:04 / 13 Mart 2026
1009
19:41 / 13 Mart 2026
113
19:30 / 13 Mart 2026
156
19:17 / 13 Mart 2026
276
18:55 / 13 Mart 2026
1551
18:50 / 13 Mart 2026
110
17:40 / 13 Mart 2026
207
17:34 / 13 Mart 2026
116
17:25 / 13 Mart 2026
159
17:24 / 13 Mart 2026
130
17:20 / 13 Mart 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.