Qaynar xətt:

(+99450) 247 90 86

Ağır qəza:Ölənlər var

Ağır qəza:Ölənlər var

CƏMİYYƏT

64

14.11.2026, 09:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Dünən saat 23 radələrində Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində rayon sakinləri Seymur İsmayılovun idarə etdiyi “Opel” və Mustafa Musayevin idarə etdiyi “VAZ-2104” markalı avtomobillər toqquşub.

Bu barədə Oxu24.com-a DİN-dən məlumat verilib.

Qəza nəticəsində “Opel”in sürücüsü və iki sərnişini hadisə yerində vəfat edib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin “VAZ-2104”ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

"Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, xüsusilə gecə saatlarında sürəti yol və görünmə şəraitinə uyğun seçməyə, ara məsafəsi saxlamağa və manevrlər zamanı diqqətli olmağa çağırır. Yorğun və yuxusuz halda avtomobil idarə etməkdən çəkinmək, diqqəti yoldan yayındırmamaq, sürücü və sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadəsini təmin etmək vacibdir. Hər bir sürücü özünün və daşıdığı sərnişinlərin həyatı üçün məsuliyyət daşıdığını unutmamalıdır".