Qaynar xətt:

(+99450) 247 90 86

Səbinənin bıçaqlanmasının ŞOK TƏFƏRRÜATI  — Şahidlər danışır

Səbinənin bıçaqlanmasının ŞOK TƏFƏRRÜATI  — Şahidlər danışır

KRİMİNAL

64

14.11.2026, 00:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tovuz rayonunun Qovlar şəhərində hamilə qadının bıçaqlanması hadisəsinin şahidləri baş verənləri danışıblar.

Oxu24.com  "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə şəhərdəki çay evlərindən birində baş verib.

Şahidlərin sözlərinə görə, qadının qardaşı çay evinə daxil olaraq bacısına bıçaqla bir zərbə endirib.

Şahidlərdən biri bildirib ki, hadisə zamanı şübhəli şəxs bacısına "Sən mənim başımı yerə soxmusan" deyib. O, qadına daha çox xəsarət yetirməyə çalışıb, lakin ətrafdakı şəxslər müdaxilə edərək buna imkan verməyiblər.