Qaynar xətt:

(+99450) 247 90 86

Limit qoyulacaq  -SAHİL BABAYEV AÇIQLADI

Limit qoyulacaq  -SAHİL BABAYEV AÇIQLADI

SİYASƏT

54

13.11.2026, 23:02

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyən edilməsi nəzərdə tutulur.

Oxu24.com  xəbər verir ki, bu barədə noyabrın 13-də maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən Maliyyə Nazirliyinin Kollegiya iclasında bildirilib.

İclasda dövlət müəssisələrinin maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması, borcalma siyasətinin təkmilləşdirilməsi və hesabatların təqdim edilməsi mexanizmlərinin optimallaşdırılması məsələləri müzakirə olunub.

Bildirilib ki, yeni yanaşmaya əsasən, dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyənləşdirilməsi planlaşdırılır.

Eyni zamanda, növbəti ildən büdcənin tərtibi, icrası və hesabatlılığı üzrə yeni skorinq metodologiyasının tətbiqi nəzərdə tutulur.

Maliyyə naziri müvafiq sənədlərin hazırlanması və yeni mexanizmlərin tətbiqi ilə bağlı tapşırıqlar verib.