Qusman İlham Əliyevdən nə soruşmuşdu? - Video
25 İyul 2025, 11:00
Qaynar xətt:
(+99450) 247 90 86Kartdakı pullarınızı dələduzlardan qorumağın yolları bunlardır — Mütəxəssidən vətəndaşlara vacib məlumat
MÜSAHİBƏ
5298
19.04.2025, 11:00
Kart istifadəçiləri diqqətli olun, kiber təhlükə qapıdadır! - Kibertəhlükəsizlik Üzrə Mütəxəssis xəbərdarlıq edir.
Texnologiyanın sürətli inkişafı həyatımızı asanlaşdırdığı qədər, təəssüf ki, yeni təhlükələr də yaradır. Artıq bank kartları ilə alış-veriş etmək, ödənişləri bir toxunuşla həyata keçirmək adi hala çevrilib. Lakin bu rahatlıqla yanaşı, kiber cinayətkarlar da öz üsullarını təkmilləşdirərək və insanları aldadaraq, onların bank məlumatlarını ələ keçirməyə çalışırlar.
Elə, bu məsələ ilə əlaqədar mütəmadi olaraq, Daxili İşlər Nazirliyi (DİN) və digər aidiyyəti qurumlar vətəndaşları kibertəhlükəsizlik sahəsində artan risklərlə bağlı tez-tez xəbərdarlıq edirlər.
Biz də oxucularımızı bank kartlarına qarşı edilən əsas kiber hücum növləri, onların necə baş verdiyi və bu hücumlardan necə qorunmaq lazım olduqları haqda daha ətraflı məlumat təqdim etmək üçün, KiberTəhlükəsizlik Üzrə mütəxəssis Fərid Əmirov ilə həmsöhbət olduq.
Oxu24.com həmin müsahibəni təqdim edir:
- Fərid bəy, Azərbaycan banklarının təhlükəsizliyi beynəlxalq standartlara uyğun gəlirmi?
-Azərbaycandakı bankların böyük əksəriyyəti PCI DSS və ISO 27001 kimi beynəlxalq təhlükəsizlik standartlarına əsasən fəaliyyət göstərir. Bununla belə, bəzən bəzi bankların sistemlərində müəyyən boşluqlara rast gəlinə bilir ki, bu da hücumlara zəmin yaradır.
- Hazırda ən çox yayılmış kiberhücum növləri hansılardır?
-1. Phishing – Aldadıcı linklər və saxta e-poçtlar vasitəsilə məlumatların ələ keçirilməsi
2. Skimming – ATM və POS cihazlarına quraşdırılan gizli oxuyucularla kart sürətlənməsi
3. Zərərli mobil tətbiqlər – Virus yoluxmuş tətbiqlər vasitəsilə məlumat oğurluğu
4. Dark web satışı – Oğurlanan kart məlumatlarının qara bazarda satılması
- Bu hücumlar zamanı istifadə olunan zəifliklər nələrdir?
İstifadəçinin diqqətsizliyi və məlumat paylaşması
Bankların zəif autentifikasiya sistemləri
Köhnəlmiş proqram təminatı və zəif şifrə istifadə edilməsi.
- Bankların təhlükəsizlik sistemləri nə dərəcədə effektivdir?
- Əksər banklar müasir texnologiyalar və təhlükəsizlik həlləri ilə təchiz olunub. İki mərhələli təsdiq, real vaxtda əməliyyat izləmə və EMV çip texnologiyası artıq standart halına gəlib. Lakin insan faktoru səbəbindən 100% müdafiə mümkün deyil.
- Hücum zamanı ilk 24 saatda nə edilməlidir?
- 1. Kartı bloklatmaq üçün banka dərhal zəng edin
2. Mobil tətbiq vasitəsilə kartı dayandırın
3. Hüquq-mühafizə orqanlarına şikayət edin
4. Bütün detalları sənədləşdirin və sübut olaraq saxlayın.
-Kart məlumatları oğurlanan şəxsin hüquqları nələrdir?
-Banka müraciət edərək pulun geri qaytarılmasını tələb etmək
Hüquqi mühafizə orqanlara müraciət etmək və rəsmi şikayət bildirmək
İnsidentin araşdırılmasını tələb etmək.
- Bu cinayətlər necə aşkar edilir və cəza necə tətbiq olunur?
Həmçinin oxuyun
-Kiberpolis və bankların təhlükəsizlik qrupları texniki izlərə əsasən izləmə aparır. İP ünvanı, vaxt və yer kimi rəqəmsal izlər vasitəsilə hücum edən şəxs müəyyən edilir. Cinayət sübut olunduqdan sonra məsələyə məhkəmə vasitəsilə hüquqi qiymət verilir.
-Mobil bankçılıqda nələrə diqqət etmək lazımdır?
-Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləmək
Güclü şifrə və biometrik qoruma istifadə etmək
Tətbiqləri vaxtında yeniləmək
Cihazda antivirus proqramı aktiv saxlamaq
- Phishing və Skimming necə baş verir və necə qorunmaq olar?
-Phishing ,yəni Saxta e-poçtlar və linklərlə istifadəçidən məlumat oğurlanır.Bundan qorunmaq üçün vətəndaşlar heç vaxt tanımadıqları linklərə klik etməsinlər.
Skimming – ATM və POS cihazlarında gizli oxuyucularla kart surətlənir. Bundan xilas yolu isə kart istifadə etməzdən əvvəl cihazı diqqətlə yoxlamaqdır.
- Banklar bu hücumlara qarşı hansı texniki həllərdən istifadə edir?
-İki mərhələli təsdiq sistemi (2FA)
Fraud monitoring – Şübhəli əməliyyatların avtomatik izlənməsi
EMV çip texnologiyası və kontaktless ödəniş sistemləri
Müəyyən riskli əməliyyatlarda avtomatik bloklama.
-İstifadəçilərin ən çox etdiyi təhlükəsizlik səhvləri hansılardır?
-Sadə və təxmin edilə bilən şifrə seçmək
Naməlum linklərə klikləmək
Məlumat paylaşmaq – xüsusilə telefonla və ya sosial mediada
Antivirus proqramı istifadə etməmək
ATM və POS cihazlarında ehtiyatlı davranmamaq.
- Kart təhlükəsizliyi üçün 5 əsas tövsiyəniz nədir?
- 1. Kart məlumatlarını paylaşma – Heç kəsə PIN kodunu, CVC və ya digər məlumatları vermə
2. Güclü və fərqli şifrə seç – Ad, doğum tarixi kimi təxmin edilə bilən şifrələrdən uzaq dur
3. Bankdan gələn bildirişləri izlə – Hər əməliyyatdan xəbərdar ol
4. ATM və POS istifadə zamanı diqqətli ol – Fiziki cihazı və ətrafı yoxla
5. Naməlum linklərə klikləmə – Hətta tanışdan gəlsə belə, diqqətlə bax!
Əgər, hərkəs bu tövsiyələrə əməl etsə, kart məlumatlarının təhlükəsizliyini xeyli dərəcədə təmin etmiş olarlar. Unutmayın: Rəqəmsal təhlükəsizlik həm bankın, həm də sizin məsuliyyətinizdir.
-Fərid bəy, müsahibə üçün təşəkkür edirik!
--Mən təşəkkür edirəm.
Müsahibəni apardı: Pərvin Şakirqızı
23:26 / 27 İyul 2025
Azərbaycanda zəlzələ oldu
308
23:14 / 27 İyul 2025
Bakıda mühüm DƏYİŞİKLİKLƏR OLACAQ - VİDEO
60
22:55 / 27 İyul 2025
Fotoda neçə rəqəm var? - DOĞRU CAVAB
322
22:21 / 27 İyul 2025
Bakıda məsciddə tükürpədici hadisə: Nüfuzlu şəxsə 30 bıçaq vurdular +VİDEO
554
22:15 / 27 İyul 2025
Ukrayna zərbə endirdi: Rusiyada ölən var
52
21:50 / 27 İyul 2025
Sərxoş olub adam öldürdü
289
20:53 / 27 İyul 2025
Sünnətlə bağlı həkimdən VACİB AÇIQLAMA: Bu yaşda edilməlidir...
276
20:21 / 27 İyul 2025
Dənizdə ölənlər var
315
19:43 / 27 İyul 2025
İbrahim Tatlısəsin qızı “saxla” əmrinə tabe olmadı - Polis atəş açdı - Video
400
19:17 / 27 İyul 2025
Milli Qəhrəmanın anası vəfat edib
502
16:07 / 27 İyul 2025
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
78
15:57 / 27 İyul 2025
Azərbaycan idmanına ağır İTKİ ÜZ VERDİ
440
15:19 / 27 İyul 2025
Heyvanlar haqda bu faktlar SİZİ ŞOK EDƏCƏK
560
14:49 / 27 İyul 2025
Mərkəzi Klinik Xəstəxana xalq artisti ilə bağlı AÇIQLAMA YAYDI
2485
14:47 / 27 İyul 2025
Bu yol bağlanır
85
14:15 / 27 İyul 2025
Toyda faciə yaşandı: Ölən var
443
13:36 / 27 İyul 2025
Çimərliyə gedənlərə vacib XƏBƏR
411
13:28 / 27 İyul 2025
Üç uşaq anasını öldürərək 1200 km qaçdı
96
13:01 / 27 İyul 2025
Cehiz davasının TƏFƏRRÜATI: “Oğlan iki dəfə nişanlı olub, ikisində də eyni səbəbdən ayırıblar” – VİDEO
1258
12:39 / 27 İyul 2025
Sabahın havası ilə bağlı AÇIQLAMA
520
12:37 / 27 İyul 2025
Baltalanan qadın xəstəxanada öldü
113
11:47 / 27 İyul 2025
FHN: Xocalı, Xocavənd və Şuşada dağlıq ərazidə baş verən yanğınlar söndürülüb
100
11:21 / 27 İyul 2025
Xalq artistinin ruhi dispanserdə dünyasını dəyişən oğlu – Onun ölümünü anasından 40 gün gizlədilər
1157
11:16 / 27 İyul 2025
Bir ailədən 3 nəfər öldü
146
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.