Qaynar xətt:

(+99450) 247 90 86

"Nənəmin təndiri"də yanğın oldu - Video  

\"Nənəmin təndiri\"də yanğın oldu - Video  

CƏMİYYƏT

143

19.11.2026, 00:22

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Oxu24.com  xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində çörəkbişirmə sexi kimi fəaliyyət göstərən obyektin tüstü bacasında baş vermiş yanğının genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində sexin tüstü bacası və ətrafı 4kv.m. sahədə yanıb. Xəsarət alan olmayıb. Obyekt yanğından mühafizə olunub.

Qeyd edək ki, sözügedən obyekt “Nənəmin təndiri” adı ilə məşhurdur.Bizim.Media