Hərbçilərə mənzil əvəzinə pul kompensasiyası verilsin: TƏKLİF
17 Noyabr 2026, 19:09
Qaynar xətt:
(+99450) 247 90 86
HƏRBİ
46
18.11.2026, 18:50
Gürcüstan Müdafiə Qüvvələri komandanı general-leytenant Giorgi Matiaşvili və onu müşayiət edən nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.
Müdafiə Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, səfər proqramına uyğun olaraq, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və qonaqlar Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində olublar. Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Şahin Məmmədov nümayəndə heyətinə HDQ-nin fəaliyyəti və həyata keçirilən islahatlar barədə məlumat verib. Sonra nümayəndə heyəti HDQ-də istifadədə olan hərbi-texniki vasitələrin sərgisi ilə tanış olub, dəniz xüsusi təyinatlıları tərəfindən təqdim edilən nümayiş məşğələsini izləyib.
Görüşdə, həmçinin ölkələrin HDQ-ləri arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində qonaqlar Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyi ziyarət edib.
Burada nümayəndə heyətinə MMU-da, eləcə də Hərbi Liseydə təhsil sistemi və tədris prosesinin təşkili barədə ətraflı məlumat verilib, tərəfləri maraqlandıran suallar cavablandırılıb.
Liseylə tanışlıq zamanı qonaqlar Heydər Əliyev Muzeyində olub. Burada onlara Azərbaycan Ordusu üçün peşəkar kadrların hazırlanmasında hərbi liseylərin müstəsna rolu olduğu və bu hərbi təhsil ocağının yaradılmasında məhz Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığı xüsusi vurğulanıb.
Görüşdən sonra general-leytenant G.Matiaşvili “Şərəf kitabı”na ürək sözlərini yazıb, göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.





19:15 / 18 Noyabr 2026
1
19:08 / 18 Noyabr 2026
34
18:45 / 18 Noyabr 2026
72
18:37 / 18 Noyabr 2026
81
18:33 / 18 Noyabr 2026
57
18:22 / 18 Noyabr 2026
70
18:17 / 18 Noyabr 2026
85
18:11 / 18 Noyabr 2026
98
18:05 / 18 Noyabr 2026
89
18:00 / 18 Noyabr 2026
87
17:51 / 18 Noyabr 2026
82
17:49 / 18 Noyabr 2026
84
17:45 / 18 Noyabr 2026
93
17:25 / 18 Noyabr 2026
104
17:20 / 18 Noyabr 2026
113
17:20 / 18 Noyabr 2026
125
17:11 / 18 Noyabr 2026
342
17:05 / 18 Noyabr 2026
109
16:52 / 18 Noyabr 2026
287
16:45 / 18 Noyabr 2026
110
16:43 / 18 Noyabr 2026
109
16:41 / 18 Noyabr 2026
103
16:26 / 18 Noyabr 2026
190
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.