Qaynar xətt:

(+99450) 247 90 86

Antoine Lavoisier  haqqında maraqlı FAKTLAR

Antoine Lavoisier  haqqında maraqlı FAKTLAR

DÜNYA

41

18.11.2026, 21:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

O, XVIII əsrdə yaşamış ve "müasir kimyanın atası" olaraq qəbul edilen məşhur Fransız kimyaçısıdır. 

O, zəngin bir burjua ailəsində doğulmuşdu. Atası Paris parlamentinin nəzdində olan 400 vəkildən biri idi və oğlunun da vəkil olmasını istəyirdi. Lakin Lavuazye üçün təbii elmlər daha maraqlı idi. Belə ki, o eyni zamanda hüquq, riyaziyyat, astronomiya, botanika, mineralogiya, geologiya və kimya üzrə təhsil almışdı.

Lavuazye əldə etdiyi böyük gəlirlərin çox hissəsini elmi təcrübələrə sərf edirdi. Fransa elmi texnologiyası ona çox borcludur. 1778-ci ildən etibarən əmlak sahibinə çevrilən Lavuazye, əsasən qonşu torpaq sahiblərinə kömək məqsədilə aqronomik təcrübələrlə məşğul olurdu. 1788-ci ildə Lavuazye kənd təsərrüfatı komitəsinə əkinçilik təcrübələrinin məhsuldar nəticələrinə dair hesabatlarını təqdim edə bilmişdi. 

O, havanın tərkibini eksperimental yolla sübut etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsaslandırmışdır. Lavuazye öz hesabına aldığı bir neçə almazı yanma temperaturuna qədər közərdərək sonra alınmış qazın tərkibini müəyyənləşdirmişdi. 

O, yalnız böyük kimyaçı deyil, həm də Fransanın vergi sistemində fəaliyyət göstərən maliyyəçi idi. Lavuazye Fransada fəaliyyət göstərən Ferme Générale adlı vergi yığım təşkilatının üzvü idi. Bu təşkilat dövlət adından vergiləri toplayır, bunun müqabilində müəyyən gəlir əldə edirdi.

1791-ci ildən başlayaraq Baş vergi yığımı qurumunun (Fr. Ferme générale) ləğv edilməsinə baxmayaraq vergi yığanlara edilən hücumlar davam edirdi.  1793-cü ildə deputat Burdon Konventdən keçmiş vergi yığanların həbsini və mühakiməsini tələb etdi. Lavuazye digər vergi yığanlarla birlikdə 1793-cü il noyabrın sonlarında həbs edildi. Nə məşvərət bürosundan göndərilən petisiya, nə vətəni qarşısında məlum xidmətləri və nə də elmi şöhrəti Lavuazyeni ölümdən qurtarmadı. 8 may 1794-cü il tarixində inqilab məhkəməsinin qərarı ilə Antuan Loran Lavuazye gilyotinlə boynu vurularaq edam edildi. 

Rəvayətə görə, edamından əvvəl Lavuazye, dostu və riyaziyyatçı Cozef-Lui Laqranja göz vuraraq, başı kəsildikdən sonra göz qırpma hərəkətinin nə qədər davam edə biləcəyini müşahidə etməsini təklif edib.

Başqa bir versiyada isə edamdan sonra gözlərini qırpmaqla şüurun nə qədər müddət davam etdiyini yoxlamaq istədiyidə rəvayət edilir.