Qaynar xətt:

(+99450) 247 90 86

Bərdədə avtomobil piyadanı vurub öldürüb 

Bərdədə avtomobil piyadanı vurub öldürüb 

MARAQLI

39

18.11.2026, 21:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com  xəbərinə görə, hadisə Bərdə-Yevlax avtomobil yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

​Qadın sürücü idarə etdiyi avtomobillə yolu keçən Bərdə rayonunun Qarağacı kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Əfqan oğlu Qasımovu vurub. Alınan xəsarətlərdən yaralı hadisə yerində dünyasını dəyişib.

​Mərhumun meyiti aidiyyəti üzrə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon morquna təhvil verilib.

​Faktla bağlı araşdırma aparılır.