Qaynar xətt:

(+99450) 247 90 86

Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması haqqında qanunu birinci oxunuşda təsdiqləyib

Estoniya parlamenti Rusiya ilə sərhədin bağlanması haqqında qanunu birinci oxunuşda təsdiqləyib

DÜNYA

31

18.11.2026, 22:40

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Estoniya Parlamenti hökumətə Rusiya ilə sərhəd keçid məntəqələrinin bağlanmasını təklif edən qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Oxu24.com xəbər verir  ki,sənəddə hökumət Rusiya ilə bütün sərhəd keçid məntəqələrini bağlamağa çağırılır. Parlamentin 39 üzvü səsvermədə iştirak edib: 37 nəfər təşəbbüsü dəstəkləyib, ikisi əleyhinə çıxıb, 36 nəfər isə səs verməyib.

Oxşar qanun layihələri ötən yaz və payızda parlamentdə təqdim edilib, lakin qəbul edilməyib.

Bundan əvvəl Seto (kiçik Finno-Uqor xalqı) Ağsaqqallar Şurası Estoniyanın Baş naziri Kristen Mixala müraciət edərək Rusiya ilə quru sərhədinin bağlanması halında Setomaa bələdiyyəsinə kompensasiya tələb edib.

15 noyabrda Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Rusiya ilə bütün sərhəd keçid məntəqələrinin 1 dekabr tarixindən etibarən bağlanması qərarını elan edib.

Daha əvvəl Narva meri Estoniyanın Rusiya ilə sərhədinin bağlanmasına qarşı çıxıb.

Jalə