Xoruzların səhərlər niyə banladığını bilirdinizmi?
12 İyun 2026, 16:00
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
757
04.05.2026, 10:25
Sosial şəbəkələrdə və satış saytlarında iribuynuzlu heyvanların öd daşının alqı-satqısı ilə bağlı elanlar yenidən gündəmə gəlib. Belə ki, bəzi şəxslər müxtəlif xəstəliklərin müalicəsi məqsədilə qəssablara müraciət edərək heyvanın ödündən çıxan daşı almağa çalışır. İddialara görə, hazırda bu daşlar daha da bahalaşıb, qramı 20-25 manata təklif olunur.
Doğrudanmı mal-qaranın öd daşının faydası var?
Globalinfo.az-a danışan heyvandarlıq sahəsi üzrə ekspert Tural Abdullayev deyib ki, mal-qaranın öd daşına tələbatın artmasının əsas səbəbi onunla bağlı formalaşan ənənəvi və elmi olmayan inanclardır:
“Xalq arasında bu daşın xüsusilə qaraciyər, öd yolları və bəzi iltihabi xəstəliklərə qarşı faydalı olduğu düşünülür, buna görə də insanlar alternativ müalicə vasitəsi kimi ona maraq göstərirlər. Heyvandarlıq və baytarlıq baxımından isə bu iddiaların elmi təsdiqi yoxdur.
Öd daşı əslində heyvanın orqanizmində yaranan patoloji törəmədir və müalicəvi xüsusiyyət daşıdığı sübut olunmayıb. Buna görə də belə məhsulların istifadəsi həm effekt verməyə, həm də sağlamlıq baxımından risk yarada bilər”.
Ekspert bildirib ki, deyilən qiymətlər sabit və rəsmi deyil:
“Elan saytlarında və qeyri-rəsmi satışlarda mal-qaranın öd daşı ilə bağlı qiymətlər adətən razılaşma yolu ilə və dəyişkən olur. Bazarda daha çox qramı 20-25, bəzi hallarda isə nadir və böyük daşlar üçün ümumi qiymət 80-100 manat, hətta daha yuxarı deyilir. Yəni qiymət standart deyil, çünki bu məhsulun rəsmi bazarı yoxdur. Dəyər əsasən daşın ölçüsü, nadirliyi və alıcı tələbi ilə formalaşır. Bəzi hallarda satıcılar qiyməti şişirdir, çünki alıcılar bunu “müalicəvi” hesab edir”.
00:05 / 14 İyun 2026
1
23:39 / 13 İyun 2026
82
23:13 / 13 İyun 2026
82
22:56 / 13 İyun 2026
89
22:52 / 13 İyun 2026
73
22:34 / 13 İyun 2026
79
21:57 / 13 İyun 2026
147
21:47 / 13 İyun 2026
76
21:33 / 13 İyun 2026
93
21:12 / 13 İyun 2026
90
21:02 / 13 İyun 2026
89
20:53 / 13 İyun 2026
135
20:12 / 13 İyun 2026
1269
20:06 / 13 İyun 2026
2400
19:54 / 13 İyun 2026
134
19:37 / 13 İyun 2026
126
19:27 / 13 İyun 2026
155
19:22 / 13 İyun 2026
94
19:00 / 13 İyun 2026
115
18:34 / 13 İyun 2026
89
18:17 / 13 İyun 2026
137
18:04 / 13 İyun 2026
146
17:58 / 13 İyun 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.