Ağcaqanadlar insanı dişləmədən nə qədər yaşaya bilir? – Maraqlı faktlar
27 İyul 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
669
03.05.2026, 23:18
Göy qurşağı sadəcə gözəl bir təbiət mənzərəsi deyil, əslində, işığın möhtəşəm bir oyunudur. Yağışdan sonra günəş çıxanda səmada gördüyümüz o rəngli yarım dairə milyonlarla su damcısının içində baş verən sehirli bir hadisənin nəticəsidir.
Günəşdən gələn işıq bizə ağ rəngdə görünür, amma əslində, bu ağ işığın içində qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi kimi bir çox rəng gizlənir.
Yağış damcıları kiçik prizma kimi işləyir. Günəş şüası damcının içində daxil olanda sınır, sonra damcının içində əks olunur və yenidən çıxarkən rənglər bir-birindən ayrılır. Biz də bunu göy qurşağı kimi görürük. Ən maraqlısı isə budur ki, əslində hər insan özünə aid fərqli bir göy qurşağı görür. Çünki sənə görünən damcı bucağı ilə başqasına görünən damcı bucağı fərqlidir.
Yəni, iki insan tam olaraq eyni göy qurşağını görə bilmir. Bir başqa maraqlı fakt isə, göy qurşağına yaxınlaşmağa çalışdıqca onun səndən uzaqlaşmasıdır. Çünki göy qurşağı sabit bir obyekt deyil, sadəcə işığın gözümüzə müəyyən bucaq altında çatmasıdır. Buna görə də onun başladığı yerə çatmaq mümkün deyil. Bəzən insanlar iki qat göy qurşağı da görürlər. Bu zaman ikinci zəif bir yay birincinin üst tərəfində yaranır.
Bunun səbəbi, işığın damcının içində iki dəfə əks olunmasıdır. Maraqlısı odur ki, ikinci göy qurşağında rənglərin sırası tərsin olur. Hətta gecə vaxtı da nadir hallarda göyqurşağı yarana bilir. Bu, günəş yox, ay işığının su damcılarında sınması nəticəsində baş verir. Amma çox zəif olduğu üçün hər kəs onu görə bilmir. Qədim zamanlarda insanlar göy qurşağını sirli bir körpü hesab edirdilər.
Bəzi mifologiyalarda onun göy ilə yer arasında keçid olduğu düşünülürdü. Hətta bəzi əfsanələrdə deyilir ki, göy qurşağının sonunda xəzinə gizlənir. Əslində isə göy qurşağı bizə göstərir ki, adi görünən günəş işığının içində necə möhtəşəm bir rənc dünyası gizlənir. Təbiət bəzən ən sadə şeylərlə insanı heyrətləndirməyi bacarır.
Nigar
20:19 / 27 İyul 2026
46
20:00 / 27 İyul 2026
71
19:59 / 27 İyul 2026
61
19:46 / 27 İyul 2026
330
19:30 / 27 İyul 2026
90
19:15 / 27 İyul 2026
78
19:13 / 27 İyul 2026
93
19:02 / 27 İyul 2026
80
18:48 / 27 İyul 2026
601
18:45 / 27 İyul 2026
104
18:33 / 27 İyul 2026
75
18:30 / 27 İyul 2026
696
18:22 / 27 İyul 2026
80
18:20 / 27 İyul 2026
2869
18:10 / 27 İyul 2026
94
17:59 / 27 İyul 2026
88
17:40 / 27 İyul 2026
95
17:23 / 27 İyul 2026
194
17:07 / 27 İyul 2026
97
17:00 / 27 İyul 2026
95
16:42 / 27 İyul 2026
93
16:21 / 27 İyul 2026
90
16:18 / 27 İyul 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.