Pensiyası kəsilənlərin nəzərinə
22 Oktyabr 2026, 21:15
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
499
22.10.2026, 17:22
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda 25 il əvvəl törədilmiş qətlin üstünün açılması barədə birgə məlumat yayıb.
Prokurorluq və daxili işlər orqanları tərəfindən əvvəlki illərdə törədilmiş daha bir xüsusilə ağır cinayətin üstü açılıb.
Belə ki, 1961-ci il təvəllüdlü Həqiqət Məmmədovanın 30 iyun 2001-ci il tarixdə Bakı şəhərinin Nəsimi rayonu ərazisində qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə icraat təzələnərək Nəsimi rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri icra olunub.
Həyat keçirilən çoxsaylı tədbirlər, o cümlədən aparılmış dindirmələr, müasir ekspertiza tədqiqatlarının nəticələrinin təhlili və uzlaşdırılması nəticəsində hadisənin təfərrüatları müəyyənləşdirilib və cinayətin açılması təmin edilib.
Toplanmış sübutlarla 1976-cı il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş Rövşən Zeynalovun aşkar surətdə köməksiz vəziyyətdə olan Həqiqət Məmmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Zeynalov 20 oktyabr 2026-cı ildə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.
Oktyabrın 22-də R.Zeynalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilib.
Müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda Nəsimi rayon prokurorluğunda cinayət işinin ibtidai istintaqı davam etdirilir.
Əvvəlki illərdə törədilmiş və bağlı qalmış cinayətlərin açılması, həmin əməlləri törətmiş şəxslərin müəyyən edilərək qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə prokurorluq tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər davam etdirilir.
21:15 / 22 Oktyabr 2026
29
20:40 / 22 Oktyabr 2026
71
20:34 / 22 Oktyabr 2026
83
20:25 / 22 Oktyabr 2026
83
20:19 / 22 Oktyabr 2026
69
19:56 / 22 Oktyabr 2026
97
19:47 / 22 Oktyabr 2026
94
19:42 / 22 Oktyabr 2026
78
19:31 / 22 Oktyabr 2026
80
19:29 / 22 Oktyabr 2026
88
19:20 / 22 Oktyabr 2026
90
19:15 / 22 Oktyabr 2026
76
19:03 / 22 Oktyabr 2026
188
18:58 / 22 Oktyabr 2026
122
18:44 / 22 Oktyabr 2026
127
18:34 / 22 Oktyabr 2026
92
18:27 / 22 Oktyabr 2026
115
18:20 / 22 Oktyabr 2026
90
18:18 / 22 Oktyabr 2026
87
18:03 / 22 Oktyabr 2026
73
17:57 / 22 Oktyabr 2026
80
17:18 / 22 Oktyabr 2026
102
17:15 / 22 Oktyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.