Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Bakıda dəhşətli hadisə ilə bağlı həbs edilən var

SON DƏQİQƏ! Bakıda dəhşətli hadisə ilə bağlı həbs edilən var

KRİMİNAL

344

24.08.2026, 13:23

Sabunçu rayonu ərazisində baş verən ölüm hadisəsinin qətl olduğu müəyyənləşib.

Oxu24.com  xəbər verir ki, avqustun 23-də gecə saatlarında 1980-ci il təvəllüdlü Nail Syubayevin yaşadığı evdə boğaz nahiyəsindən bıçaq xəsarəti alaraq özünü öldürməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Nail Syubayev həyat yoldaşı, 1984-cü il təvəllüdlü Alfina Azizova tərəfindən münaqişə zəminində bıçaqla öldürülüb.

Alfina Azizova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma davam etdirilir.