Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib
09 Noyabr 2026, 14:58
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
343
24.07.2026, 17:40
Bakının Səbail rayonunda üç nəfər şəxsin qeyri-etik sorğular keçirməsi məlum olub.
Səbail rayonu, Nizami küçəsi ərazisində, “Tarqovı” adlanan ərazidə 3 nəfər şəxsin video çəkiliş vasitəsilə ictimaiyyət arasında qeyri-etik sorğular keçirməsi, cəmiyyətə açıq hörmətsizlik etdiyi müəyyən olunub.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Həmin şəxslərdən biri Neftçala rayon sakini, 1997-ci il təvəllüdlü B. M. bildirib ki, 5 ilə yaxındır “YouTube” sosial şəbəkəsində video çəkərək paylaşır. Onun sözlərinə görə, 3 aya yaxındır Azərbaycanda əyləncə tipli konseptlər çəkərək sosial şəbəkədə paylaşmaqla məşğuldur.
O bildirib ki, səhifəsi üçün bəzi qeyri-etik video reportajlar çəkdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə dəvət edilib. Törətdiyi əmələ görə peşman olduğunu söyləyib.
“Videogörüntülərdə olan şəxslərə pulların verilməsi real hadisə deyil. Əvvəlcədən razılaşdırılmış modellər bu videoçəkilişlərdə iştirak edir və onlar üçün də bu reklam kimi hesab olunur və tanınırlar, - deyə təqsirli bilinən şəxs deyib.
Səbal Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs təqsirli bilinib və 8 gün müddətinə inzibati qaydada həbs edilib.
Digər şəxslər də inzibati məsuliyyətə cəlb olunublar.//Teleqraf
16:06 / 09 Noyabr 2026
1
15:54 / 09 Noyabr 2026
136
15:49 / 09 Noyabr 2026
53
15:47 / 09 Noyabr 2026
87
15:45 / 09 Noyabr 2026
112
15:40 / 09 Noyabr 2026
146
15:34 / 09 Noyabr 2026
64
15:23 / 09 Noyabr 2026
86
15:13 / 09 Noyabr 2026
97
15:05 / 09 Noyabr 2026
446
15:00 / 09 Noyabr 2026
112
14:58 / 09 Noyabr 2026
91
14:55 / 09 Noyabr 2026
108
14:42 / 09 Noyabr 2026
97
14:37 / 09 Noyabr 2026
93
14:29 / 09 Noyabr 2026
435
14:22 / 09 Noyabr 2026
239
14:17 / 09 Noyabr 2026
107
14:06 / 09 Noyabr 2026
1229
14:04 / 09 Noyabr 2026
129
13:44 / 09 Noyabr 2026
917
13:21 / 09 Noyabr 2026
141
13:11 / 09 Noyabr 2026
378
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.