Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ: Polis əməliyyat keçirdi - Kriminal avtoritetlər tutuldu

2019-08/1565347515_1565342324_emeliyyat-polis_2.jpg

KRİMİNAL

746

09.08.2019, 14:45

\"\"  Gürcüstanın Kutaisi şəhərində cinayətkar qruplaşmanın 4 üzvü saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Saxlanılan 1977-ci il təvəllüdlü \"Tetron”, 1978-ci il təvəllüdlü \"Çina”, 1991-ci il təvəllüdlü \"Buta” ləqəbli kriminal avtoritetlər və 1983-cü il təvəllüdlü şəxs hədə-qorxu və şantaj yolu ilə vətəndaşlardan pul tələb ediblər. İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər külli miqdarda pul əldə etmək məqsədilə 1994-cü il təvəllüdlü vətəndaşdan onlayn totalizatorda \"Toyota Land Cruiser Prado” markalı avtomobilin dəyərinin üçdə bir hissəsini – 10 min ABŞ dollarını hədə-qorxu gəlməklə alıblar. Cinayətkar qruplaşma üzvlərini 4 ildən 7 ilədək həbs cəzası gözləyir. (Report)