Yol Polisi xəbərdarlıq edir
14 Noyabr 2026, 18:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4325
17.01.2026, 14:21
Tanınmış iqtisadçı:“46 günlük məzuniyyət müddəti həssas zümrəyə dövlət qayğısıdır”
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanun qəbul edilib. Qanuna əsasən məzuniyyət hüququ 46 təqvim günü olan xüsusi xidmətlİ işçilərin siyahısında dəyişiklik edilib.
Oxu24.com bu qanun dəyişikliyi ilə bağlı Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadi məsələlər üzrə ekspert Akif Nəsirlinin fikirlərini öyrənib.
İqtisadçı bildirib ki, bu addım həssas zümrəyə dövlət qayğısının növbəti sübutudur:” Bu dəyişikliklər ilk növbədə dövlət qarşısında xüsusi xidmətləri olan insanların əməyinə verilən dəyərin artdığını göstərir. Ərazi bütövlüyü, müstəqillik və təhlükəsizlik uğrunda sağlamlığını itirmiş, döyüşlərdə iştirak etmiş və ya yüksək dövlət təltifləri almış şəxslər fiziki və psixoloji baxımdan daha çox istirahətə ehtiyac duyurlar. Uzadılmış məzuniyyət onların sağlamlığının bərpasına, ailələrinə daha çox vaxt ayırmasına və ümumi həyat keyfiyyətinin yüksəlməsinə kömək edir”.
Qanunda dəyişikliyin daha vacib bir əməlindən söz açan A. Nəsirli qeyd edib ki, bu gənc nəslin vətənə, dövlətə münasibətində, xidmətində yüksək təbliğat rolu da oynayır: “ Bu addım eyni zamanda sosial ədalətin gücləndirilməsinə xidmət edir. Cəmiyyət üçün riskli və ağır şəraitdə xidmət etmiş insanlara əlavə sosial təminat verilməsi dövlətin məsuliyyətli və qayğıkeş mövqeyini nümayiş etdirir. Bu, həmin şəxslərin əmək bazarında motivasiyasını artırır və onların özlərini daha güvənli hiss etməsinə şərait yaradır. Dəyişikliklərin başqa bir faydası gənc nəsildə vətəndaşlıq məsuliyyəti və dövlətə xidmət anlayışının möhkəmlənməsidir. İnsanlar görür ki, dövlət çətin anlarda xidmət göstərənləri unutmur və onları konkret sosial hüquqlarla dəstəkləyir. Bu isə uzunmüddətli dövrdə həm cəmiyyətin həmrəyliyinə, həm də dövlətə olan etimadın artmasına müsbət təsir göstərir” – deyə tanınmış iqtisadçı vurğulayıb.
Qeyd edək ki, Qanuna əsasən, aşağıdakı işçilərə 46 təqvim günündən az olmayaraq məzuniyyət veriləcək:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə;
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə;
Döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə;
Azərbaycan Respublikasının ən yüksək təltifi ilə təltif olunmuş işçilərə.
Əntiqə Rəşid
18:43 / 14 Noyabr 2026
43
18:21 / 14 Noyabr 2026
375
18:09 / 14 Noyabr 2026
90
18:06 / 14 Noyabr 2026
393
18:03 / 14 Noyabr 2026
79
17:18 / 14 Noyabr 2026
153
17:15 / 14 Noyabr 2026
104
16:20 / 14 Noyabr 2026
116
16:05 / 14 Noyabr 2026
160
15:45 / 14 Noyabr 2026
120
15:27 / 14 Noyabr 2026
295
15:25 / 14 Noyabr 2026
131
15:07 / 14 Noyabr 2026
268
15:05 / 14 Noyabr 2026
139
14:44 / 14 Noyabr 2026
198
14:31 / 14 Noyabr 2026
125
14:24 / 14 Noyabr 2026
751
14:19 / 14 Noyabr 2026
127
14:15 / 14 Noyabr 2026
118
13:50 / 14 Noyabr 2026
3277
13:48 / 14 Noyabr 2026
154
13:16 / 14 Noyabr 2026
163
13:03 / 14 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.