Hantavirus Azərbaycanda yayılıb? - RƏSMİ
12 May 2026, 12:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
561
17.01.2026, 10:19
Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Oxu24.com-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yanvarın 17-dən 22-dək ölkə ərazisində hava şəraitinin yenidən yağıntılı olacağı, bəzi ərazilərdə qar yağacağı gözlənilir:
"Başa çatmaqda olan həftə ərzində dağlıq və dağətəyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər fonunda hava şəraitinin yenidən pisləşməsi hərəkət iştirakçılarından daha ehtiyatlı və hazırlıqlı olmağı tələb edir. Xüsusilə qarın ərimədiyi, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə səhər və axşam saatlarında yolların buz bağlaması ehtimalı nəzərdə qaçmamalıdır.
DYP əməkdaşları aidiyyəti qurumlarla birgə yağıntılı hava şəraitinin yollarda yarada biləcəyi fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində qabaqlayıcı tədbirlər görür.
Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, qarşıdakı günlərdə səfərə hazırlaşan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından - ələlxüsus şinləri yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir".
12:05 / 12 May 2026
1
12:02 / 12 May 2026
17
11:54 / 12 May 2026
29
11:43 / 12 May 2026
40
11:38 / 12 May 2026
58
11:23 / 12 May 2026
411
11:19 / 12 May 2026
42
11:11 / 12 May 2026
47
11:06 / 12 May 2026
39
11:02 / 12 May 2026
216
10:56 / 12 May 2026
48
10:55 / 12 May 2026
14442
10:49 / 12 May 2026
96
10:40 / 12 May 2026
55
10:32 / 12 May 2026
62
10:30 / 12 May 2026
50
10:25 / 12 May 2026
93
10:23 / 12 May 2026
56
10:21 / 12 May 2026
72
10:12 / 12 May 2026
62
10:00 / 12 May 2026
450
09:45 / 12 May 2026
68
09:44 / 12 May 2026
60
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.