Qaynar xətt:

(+99450) 247 90 86

35 illik "Səhra fırtınası"nın ilginc tərəfləri: Səddam Hüseyni bitirən həmin TARİXİ GECƏ

news/2026_01_17/whatsapp_image_2026_01_17_at_102019_1768638275.jpeg

DÜNYA

303

17.01.2026, 12:16

Tarixdə elə müharibə, münaqişə, hərbi əməliyyatlar baş verib ki, onların    “ədalətin bərqərar olması naminə” olduğu na hər zaman şübhə ilə yanaşırsan.

Bu gün tarixdə baş vermiş bir hərbi müdaxilənin   məqsəd və məramını  oxucularımızla bölüşməyə çalışacağıq.

 Oxu24. com xəbər verir ki, 1990-cı il avqustun 2-də İraq ordusu Küveytə işğal məqsədi ilə Küveytə hücuma   keçdi. Hərbi müdaxilə birbaşa İraq Prezidenti  İraq Səddam Hüseynin başçılığı ilə həyata keçirilirdi.

 İşğal səbəbi neft idi. Məlumdur ki, Küveyt zəngin neft ehtiyatlarına malik, dünyanın aparıcı neft ixracatçılarından biridir, iqtisadiyyatının əsasını neft sənayesi təşkil edir, neft emalı və neft kimyası da geniş inkişaf etmişdi.

İşğal bəhanəsi Küveyt Osmanlı imperiyasının hökmranlığı dövründə İraqın Bəsrə əyalətinin bir hissəsi olub və Səddam bu ərazini yenidən geri istəyirdi. Elə məhz bu bəhanəyə görə İraq lideri əməliyyata “Küveytin azad edilməsi” adını qoydu.

Hərbi gücü yetəri qədər olmayan  Küveyti işğal etmək elə də  çətin olmadı. Çünki İraq ordusu ölkəyə girməmiş, Küveyt əmiri canının qorxusundan ölkəni tərk edərək qaçdı və başsız ölkə təslim oldu. S. Hüseyn  120 min əsgərin, 350 tankın müşaiyəti ilə Küveyt ərazisinə girdi və cəmi  2 günə Küveyti işğal etdi.

Küveytdə böyük maraqları olan Avropa dövlətləri və ABŞ  bu işğalı qəbul etmək istəmədikləri üçün təcili tədbirlər görməyə başladılar. Buna misal olaraq BMT-nin Təhlükəsizlik Şurası 660 saylı qətnamə qəbul edərək İraq qoşunlarının dərhal Küveyt ərazisini tərk etməsi tələbini ortaya qoydu. Eyni zamanda BMT TŞ İraqa öz qoşunlarını geri çəkmək üçün 1991-ci ilin 15 yanvarına qədər vaxt verdi.

 Hər zaman İraqın, daha dəqiq S. Hüseynin yanında, arxasında olmuş Rusiya və Çinin onu dəstəkləməməsi Qərbin və ABŞ-ın əl-qolunu daha geniş açdı. İlk öncə ABŞ, Böyük Britaniya və Fransa banklarında İraqa, eyni zamanda S. Hüseynə aid valyuta hesablara sanksiya qoyuldu. Sonra İraqa silah satışı qadağan edildi .

Nüansı xatırladaq: Küveydən neft çıxarılması, nəql edilməsi və satılması hələ 1934-cü ildə yaradılan ABŞ və İngiltərə kapitalının nəzarəti altında olan “Küveyt oyl Kompani” şirkətinin əlində idi.

1948-ci ildə ABŞ-nin “Aminoyl” şirkəti “Birtərəf bölgə” də və Küveytə məxsus bir sıra adalarda neft kəşfiyyatı və çıxarılması işlərinə başlayır. 1960-cı ildən milli “Küveyt neşnl petroleum kompani” şirkəti yaradılır. Ölkədə neft çıxarılması və onun ixracatı üzərinə dövlət nəzarəti tədricən artır. Ölkənin siyasi müstəqillik əldə etdiyi onillikdə neft hasilatı tədricən artmış və 1972-ci ildə ən yüksək səviyyəsinə (165 mln. ton) çatmışdı və artmaqda davam edirdi.

  Bu səbəbdən də haqlı olaraq küveytlilər ABŞ-ın, İngiltərənin  onlar üçün Səddama qarşı vuruşacağına inanırdılar. Amma zaman keçdikcə , aylar ötdükcə küveytlilərin inamları ölməyə başlayırdı.  

 Nəhayət , 5 ay 17 gündən sonra  küveytlilərin  ümidləri çin çıxdı. Çünki BMT -nin TŞ verdiyi vaxt bitmişdi. Daha dəqiq yanvarın 16-dan 17-nə keçən gecə şərti adı " "Səhrada tufan" " əməliyyatı ilə tərkibi əsasən  ABŞ Mərkəzi Kəşfiyyatının 11-ci direktoru (1976-1977-ci illər) və Birləşmiş Ştatların 43-cü vitse-prezidenti (1981-1989-cu illər) vəzifələrində də çalışan  Corc Buş İraq qüvvələrini Küveytdən çıxmağa məcbur edən hərbi koalisiyanın yaradılmasında aparıcı rol oynadı.

ABŞ , İngiltərə, Fransa, Səudiyyə Ərəbistanı, Suriya, Misirin də aralarında olduğu 37 ölkənin daxil olduğu koalisiya gücünün İraqa qarşı təşkil etdiyi hərbi əməliyyat başlayır  və Küveytin ərazisinə daxil olub İraqla müharibəyə başlayır.

Birinci Körfəz müharibəsində tarixə  kod adı ilə "Səhrada tufan", yaxud "Səhra fırtınası" əməliyyatı  uğurla başa çatdı. Beləki,  İraqın köməyinə heç bir ölkə gəlmir, siyasi və hərbi dəstək göstərən olmur və bu səbəbdən  Səddam Hüseyn biabırçılıqla uduzaraq geri çəkilir.

 2022-ci ildə isə  (BMT) Təzminat Komissiyası məlumat yayır ki, İraq 1990-ci ildə küveyti işğal edən zaman vurduğu ziyana görə bu ölkəyə ümumilikdə 52,4 milyard dollarlıq təzminat ödəyib. İraq Küveytə bütün təzminat borcunu ödəyərək bitirib. 

P.S. Məqaləni hazırlayarkən bir nüans diqqətimi  çəkdi. 

 Deməli, BMT TŞ -sının İraqın  Küveytdən çıxmasın tələb edən qətnamə ilə bağlıdır. Qətnamədə  İraq ordusuna  5 aylıq bir vaxt verilməsi, İraq qoşunlarının Küveytdən çıxarmasına  qəti şəkildə siyasi iradə göstərilməsidir.   BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Dağlıq Qarabağ münaqişəsilə bağlı 4 qətnamə də qəbul etmişdi. Bu qətnamələr Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini təsdiqləyirdı. 822, 853, 874 və 884 saylı qətnamələr Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilandan dərhal çıxarılması tələb edilirdi.   Azərbaycan xalqı düz 27-28 il o qətnamələrin  icra olunmasını  gözlədi. Hələ də anlamaq çətindir ki, dünyanın  ədalətini qorumağı boynuna götürmüş bu təşkilat hansı səbəbdən Azərbaycana qarşı ədalətli olmadı.  Amma biz düşünürük ki, bizi işğal edən islam dinin daşıyıcısı olan dövlət deyildi əsasən bu səbəbə görə dünya susdu. Xristian dünyası xristian Ermənistana qarşı “səhra fırtınası” yox, heç  “axşam mehi” də  etməzdi.İkincisi,Rusiya və neft amili...Rusiya isə işğalçıya açıq dəstək verirdi...

  

 Əntiqə Rəşid