“Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
10 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2266
06.06.2026, 11:06
"Neftçi" PFK-nın sabiq prezidenti, "Neftçi" İK-nın İdarə Heyətinin sabiq sədr müavini və Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadıq Sadıqovun ölümü ilə bağlı yeni məlumat yayılıb.
Oxu24.com Bakupost.az-a istinadla xəbər verir ki, 60 yaşlı Sadıq Sadıqovun özünə qəsd etdiyi iddia olunur.
Bildirilib ki, son dövrlər onun həm peşəkar fəaliyyətində yaşanan proseslər, həm də şəxsi nüfuzuna təsir edən hadisələr psixoloji durumuna mənfi təsir göstərib.
Məlumatlara əsasən, Sadıq Sadıqovun ölümündən əvvəl sosial şəbəkələrdə onun adı ətrafında geniş müzakirələr aparılırdı. Xüsusilə xaricdə yaşayan azərbaycanlı blogerlərdən biri tərəfindən ona aid olduğu iddia edilən bir sıra səs yazıları və digər materiallar yayılıb.
Həmin səs yazılarında Sadıq Sadıqovun müxtəlif şəxslər barədə kompromat xarakterli məlumatların yayılması, bəzi adamların tənqid və təhqir olunmasının təşkil edilməsi ilə bağlı müraciətlər etdiyi, eləcə də müəyyən şəxslərin əlaqə vasitələrini təqdim etdiyi iddia olunur.
Yayılan materiallarda onun ölkədə tanınmış bir sıra şəxslər haqqında ifşaedici məlumatların dövriyyəyə buraxılmasında maraqlı olduğu da bildirilir. Bu materiallar qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurub və müxtəlif müzakirələrə səbəb olub.
Məlumatlarda vurğulanır ki, həmin materialların yayılmasından sonra Sadıq Sadıqov ciddi psixoloji gərginlik keçirib. Hətta onun "Neftçi" İdman Klubundakı işinə də bir neçə gündür getmədiyi qeyd olunur.
Eyni zamanda, müxtəlif mənbələr Sadıq Sadıqovun son illərdə karyerasında yaşanan dəyişikliklərin, əvvəlki nüfuz və təsir imkanlarının zəifləməsinin də onun psixoloji durumuna təsirsiz ötüşmədiyini qeyd edirlər.
Müşahidəçilər hesab edirlər ki, son dövrlər ardıcıl şəkildə yayılan videolar, səs yazıları və onun ətrafında yaranmış ictimai rezonans Sadıq Sadıqovun onsuz da gərgin olduğu bildirilən psixoloji vəziyyətini daha da ağırlaşdırmış ola bilər.
Qeyd edək ki, Sadıq Sadıqov uzun illər Azərbaycan idmanının və futbolunun tanınmış simalarından biri olub. O, müxtəlif dövrlərdə "Neftçi" PFK-nın prezidenti, "Neftçi" İdman Klubunun rəhbərliyində təmsil olunub, həmçinin Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti vəzifəsində çalışıb.
23:59 / 10 Noyabr 2026
24
23:57 / 10 Noyabr 2026
37
23:55 / 10 Noyabr 2026
105
23:53 / 10 Noyabr 2026
52
23:47 / 10 Noyabr 2026
1126
23:43 / 10 Noyabr 2026
77
23:39 / 10 Noyabr 2026
102
23:28 / 10 Noyabr 2026
283
23:27 / 10 Noyabr 2026
195
23:17 / 10 Noyabr 2026
603
23:15 / 10 Noyabr 2026
162
23:00 / 10 Noyabr 2026
94
22:58 / 10 Noyabr 2026
110
22:55 / 10 Noyabr 2026
108
22:35 / 10 Noyabr 2026
105
22:30 / 10 Noyabr 2026
287
22:27 / 10 Noyabr 2026
91
22:19 / 10 Noyabr 2026
109
22:04 / 10 Noyabr 2026
182
21:55 / 10 Noyabr 2026
585
21:51 / 10 Noyabr 2026
101
21:49 / 10 Noyabr 2026
233
21:46 / 10 Noyabr 2026
239
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.