Masallıda 23 yaşlı oğlan çaya tullanan zaman xəsarət alaraq ölüb
27 İyul 2026, 19:02
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1003
30.04.2026, 14:42
Xəbər verdiyimiz kimi, Bakıda ötən gün 2007-ci il təvəllüdlü gənc oğlan və 2012-ci il təvəllüdlü qız hamam otağında dəm qazından zəhərlənib.
Hadisə nəticəsində 19 yaşlı Y.A. həyatını itirib, 14 yaşlı T.B. isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi xidmətlər göstərilsə də, ixtisaslı tibbi xidmətdən imtina edilib.
Oxu24.com xəbər verir ki, News24.az məsələ ilə bağlı 2012-ci il təvəllüdlü qızın anası ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, qız evdən qaçıbmış: "Mənim ürəyim qan ağlayır. Bu uşaq dəfələrlə evdən qaçıb. Neçə dəfə tutub gətirmişik, yenə bu hərəkət təkrarlanıb. Qabaq bir dəfə qaçanda Abşeron rayonunda axtarışa vermişdim, tapıb gətirdilər. Ondan sonra daha polisə müraciət etmədim. Hər dəfə gedib hamını narahat etmək istəmirəm”.
Anasının dediyinə görə, qızı ilə bir müddət qabaq danışıb. Onu evə qaytarmaq üçün dilə tutub. Amma qızı dinləməyib: “Dedim, ay bala, evə gəl, sənin yerin, yurdun haradadır?! Mənim başqa uşaqlarım da var, amma bu uşaq fərqlidir. Mənə qulaq asmır. Atası da gözdən əlildir”.
Yeniyetmənin anası qızının günahlandıranlara da səslənib: “Oğlanın yaxınları qızımı günahlandırır. Niyə demirlər ki, bunun 14 yaşı var, onun 19. Niyə bunu demirlər?! Mən artıq heç nə demirəm, özünüz görürsünüz”.
Qeyd edək ki, yeniyetmə T. B. bir müddət əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsində mağazadan oğurluq etdiyi üçün saxlanılmışdı.
Daha öncə bloger Nail Kəmərlinin həmin yeniyetmə ilə söhbətinin videonusu yayımlamışdı. Həmin videodan sonra qız gözəlliyinə görə populyarlaşmışdı.
19:15 / 27 İyul 2026
1
19:13 / 27 İyul 2026
5
19:02 / 27 İyul 2026
14
18:48 / 27 İyul 2026
265
18:45 / 27 İyul 2026
64
18:33 / 27 İyul 2026
53
18:30 / 27 İyul 2026
397
18:22 / 27 İyul 2026
54
18:20 / 27 İyul 2026
2850
18:10 / 27 İyul 2026
59
17:59 / 27 İyul 2026
66
17:40 / 27 İyul 2026
76
17:23 / 27 İyul 2026
157
17:07 / 27 İyul 2026
81
17:00 / 27 İyul 2026
82
16:42 / 27 İyul 2026
74
16:21 / 27 İyul 2026
79
16:18 / 27 İyul 2026
202
16:16 / 27 İyul 2026
100
15:59 / 27 İyul 2026
106
15:45 / 27 İyul 2026
90
15:21 / 27 İyul 2026
99
15:20 / 27 İyul 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.