Gürcüstanda azərbaycanlı gənc güllələndi
27 İyul 2026, 14:28
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
706
29.04.2026, 19:02
Samux rayonunda iki qardaş arasında yaranan mübahisəsi sonda cinayətlə nəticələnib.
Oxu24.com xəbər verir ki Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 26-da rayonun kəndlərindən birində baş verib. 1956-cı il təvəllüdlü Musa qardaşı Əliyə (adlar şərtidir – red) xəsarət yetirib. Buna səbəb Əlinin həmkəndlisi Mahirə hüquqi cəhətdən köməklik göstərməsi olub.
Belə ki, Musanın Mahirlə aralarında torpaq sahəsi üstündə davası olub. Musa mayın 26-da, saat 12:30-da yaşadığı kənddə qardaşı Əliyə məxsus fərdi yaşayış evinin darvazasının qarşısında olan küçəyə gəlib və ondan nə üçün Mahirə sözügedən torpaq mübahisəsi ilə əlaqədar hüquqi köməklik göstərməsi səbəbi ilə aralarında yaranmış şəxsi münasibətlər zəmində mübahisə edib. Mübahisə zamanı Əlinin alın nahiyəsinə yumruqla vurub.
İş üzrə izahat verən Musa ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, sözügedən cinayət əməlini törədib: “Zərərçəkmiş şəxs mənim qardaşımdır. Qardaşım ilə barışaraq münasibətlərimizi bərpa etmək istəyirəm. Əməlimdən səmimi olaraq peşmanam”.
Samux Rayon Məhkəməsinin hökmü ilə “Konsitutsiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndi tətbiq edilib, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
17:23 / 27 İyul 2026
65
17:07 / 27 İyul 2026
49
17:00 / 27 İyul 2026
50
16:42 / 27 İyul 2026
57
16:21 / 27 İyul 2026
60
16:18 / 27 İyul 2026
120
16:16 / 27 İyul 2026
70
15:59 / 27 İyul 2026
78
15:45 / 27 İyul 2026
76
15:21 / 27 İyul 2026
83
15:20 / 27 İyul 2026
85
15:17 / 27 İyul 2026
69
14:59 / 27 İyul 2026
83
14:34 / 27 İyul 2026
78
14:28 / 27 İyul 2026
70
14:04 / 27 İyul 2026
97
13:59 / 27 İyul 2026
102
13:55 / 27 İyul 2026
87
13:50 / 27 İyul 2026
99
13:47 / 27 İyul 2026
73
13:40 / 27 İyul 2026
108
13:30 / 27 İyul 2026
100
13:15 / 27 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.