Masallıda 23 yaşlı oğlan çaya tullanan zaman xəsarət alaraq ölüb
27 İyul 2026, 19:02
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
603
28.04.2026, 11:38
Bakıda Kənar Dairəvi yolda qəza baş verib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Oxu24.com-a verilən xəbərə görə, hadisə yolun 5-ci kilometrində qeydə alınıb:
"Şəban Həsənov idarə etdiyi “FAW” markalı yük avtomobilində yaranan texniki nasazlıq səbəbindən Yasamal rayonu ərazisindən keçən Kənar Dairəvi yolun 5-ci kilometrində məcburi dayanıb. Qanunvericilikdə nəzərdə tutulan təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, təəssüf ki, Ş.Həsənov avtomobilin arxa hissəsində, qısa bir məsafədə yerə 2 əşya düzməklə kifayətlənib, bununla vəzifəsini yerinə yetirdiyini güman edib. Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Cavadov vəziyyəti gec qiymətləndirib və gəldiyi sürətlə də yük avtomobili ilə toqquşub. Sükan arxasında diqqətinin yayındığı, yaxud yuxuladığı ehtimal edilən O.Cavadov xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb".
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisənin videogörüntüsünü təqdim etməklə bir daha sürücüləri diqqətli olmağa, qeyd olunan səbəblərdən dəfələrlə ağır faciələrin yaşandığını nəzərə alaraq, qanunla tələb olunan vəzifələri qeyd-şərtsiz yerinə yetirməyə, özlərinin və başqalarının həyat və sağlamlığına biganə qalmamağa çağırır.
19:15 / 27 İyul 2026
1
19:13 / 27 İyul 2026
5
19:02 / 27 İyul 2026
14
18:48 / 27 İyul 2026
265
18:45 / 27 İyul 2026
64
18:33 / 27 İyul 2026
53
18:30 / 27 İyul 2026
397
18:22 / 27 İyul 2026
54
18:20 / 27 İyul 2026
2850
18:10 / 27 İyul 2026
59
17:59 / 27 İyul 2026
66
17:40 / 27 İyul 2026
76
17:23 / 27 İyul 2026
157
17:07 / 27 İyul 2026
81
17:00 / 27 İyul 2026
82
16:42 / 27 İyul 2026
74
16:21 / 27 İyul 2026
79
16:18 / 27 İyul 2026
202
16:16 / 27 İyul 2026
100
15:59 / 27 İyul 2026
106
15:45 / 27 İyul 2026
90
15:21 / 27 İyul 2026
99
15:20 / 27 İyul 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.