Elnarə Şirməmmədova həbs olundu
07 İyul 2026, 11:52
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
558
24.04.2026, 10:05
Hərbi xidmətdən möhlət hüququnun verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən 8 vəzifəli şəxs həbs edilib.
Oxu24.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında qeyd olunub.
Bildirilib ki, xidmətdən daxil olan və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlar əsasında Xidmətin Qaradağ rayon idarəsi, Saatlı, Cəbrayıl və Ağdaş rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb.
İstintaq və əməliyyat-axtarış tədbirləri ilə həmin idarə və şöbələrin vəzifəli şəxsləri tərəfindən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərin hərbi təlim toplanışlarına cəlb edilməkdən yayındırılması, hərbi xidmətdən möhlət hüququnun verilməsi, ölkədən çıxışına məhdudiyyət tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Xidmətin Ağdaş rayon şöbəsinin rəisi Nurlan Abbasov, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Şahlar Usubəliyev, həmin Şöbənin həqiqi hərbi xidmətə çağırış bölməsinin zabiti Taleh İsmayılov, Xidmətin Saatlı rayon şöbəsinin rəisi Murad Əhmədov, həmin Şöbənin səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin zabiti Araz Kərimli, Xidmətin Cəbrayıl rayon şöbəsinin rəis müavini - səfərbərlik hazırlığı və səfərbərlik bölməsinin rəisi Niyam Mədətsoylu, Xidmətin Qaradağ rayon idarəsinin səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin zabitləri Etibar Əliyev və Şamil Alıyevə Cinayət Məcəlləsinin müvafiq olaraq 311.3.1, 311.3.2, 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alınması) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı Hərbi Məhkəməsinin qərarları ilə barələrində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.
13:40 / 07 İyul 2026
1
13:36 / 07 İyul 2026
14
13:29 / 07 İyul 2026
27
13:23 / 07 İyul 2026
39
13:15 / 07 İyul 2026
51
13:10 / 07 İyul 2026
380
12:54 / 07 İyul 2026
165
12:53 / 07 İyul 2026
61
12:42 / 07 İyul 2026
65
12:31 / 07 İyul 2026
296
12:25 / 07 İyul 2026
69
12:18 / 07 İyul 2026
130
12:00 / 07 İyul 2026
921
11:58 / 07 İyul 2026
81
11:52 / 07 İyul 2026
204
11:51 / 07 İyul 2026
64
11:33 / 07 İyul 2026
81
11:22 / 07 İyul 2026
114
11:10 / 07 İyul 2026
86
11:09 / 07 İyul 2026
93
11:05 / 07 İyul 2026
84
11:01 / 07 İyul 2026
251
10:53 / 07 İyul 2026
476
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.