Qaynar xətt:

(+99450) 247 90 86

 IX sinif şagirdi yaşıdına xəsarət yetirdi: Məktəbdən AÇIQLAMA 

news/2026_02_16/nocomm_1771249337.webp

KRİMİNAL

75

16.02.2026, 17:45

Fevralın 16-da Qobu qəsəbəsində fəaliyyət göstərən 1 saylı tam orta məktəbdə təhsil alan IX sinif şagirdləri arasında yaranan münaqişə nəticəsində tərəflərdən biri digərinə bədən xəsarəti yetirib.

Oxu24.com  xəbər verir ki, təhsil ocağından “Azərbaycan müəllimi”nə daxil olan məlumata əsasən, xəsarət almış məktəbliyə əvvəlcə təhsil müəssisəsində ilkin tibbi yardım göstərilib, ardınca o, xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən müayinə olunan yeniyetməyə ambulator müalicə təyin edilərək evə buraxılıb:

“Baş vermiş hadisə məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə alınıb və aidiyyəti qurumlar məlumatlandırılıb. Hazırda faktla əlaqədar müvafiq araşdırma işləri davam etdirilir”.NOCOMMENT.az