Dünən polis xeyli silah-sursat aşkarlayıb
13 Dekabr 2025, 11:44
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1151
08.10.2025, 10:37
Salyan rayonunun Yolüstü kəndində "Mercedes" markalı minik avtomobilinin avtoyuma məntəqəsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Bu barədə Oxu24.com-a FHN-dən bildirilib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri, ümumi sahəsi 120 m² olan avtoyuma məntəqəsinin dam örtüyünün taxta atmaları 3 m² sahədə və xarici divarından keçən elektrik kabeli 2 paq.m yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı sürücünün yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
Qəbələdə avtomobil beton dirəyə çırpılıb.
Qasımov Elvin Qasım oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Bum qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarındakı beton dirəyə çırpıb.
Nəticədə avtomobildə olan sərnişin Hüseynov Cahid Mikayıl oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücünün özü və avtomobildə olan digər sərnişin Mahmudov Laçın İmam oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
***
Hacıqabulda yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var.
Hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Bakı-Qazax magistral yolunda baş verən avtomobil qəzasında 4 nəfər xəsarət alıb.
Hadisə Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mitsubishi Pajero" markalı avtomobil həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yol kənarındaki beton dirəyə çırpılıb.
Qəza zamanı sürücü və avtomobildəki üş sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Qəza zamanı xəsarət alanlar bir ailənin üzvləri olan Bakı və Sumqayıt sakinləri - 1946-cı il təvəllüdlü Qaraşova Məxmər Xalıqverdi qızı, 1979-cu il təvəllüdlü Qaraşov Maxsud Savalan oğlu, 1990-cı il təvəllüdlü Qaraşova Aytac Elxan qızı və 2010-cu il təvəllüdlü Qaraşov Yusif Maxsud oğludur.
Faktla bağlı araşdırma araşdırılır.(Report)
12:16 / 13 Dekabr 2025
209
12:08 / 13 Dekabr 2025
31
11:44 / 13 Dekabr 2025
38
11:30 / 13 Dekabr 2025
51
11:09 / 13 Dekabr 2025
644
11:07 / 13 Dekabr 2025
300
10:25 / 13 Dekabr 2025
854
09:15 / 13 Dekabr 2025
787
09:06 / 13 Dekabr 2025
351
08:45 / 13 Dekabr 2025
120
08:37 / 13 Dekabr 2025
142
00:28 / 13 Dekabr 2025
140
00:14 / 13 Dekabr 2025
1063
00:01 / 13 Dekabr 2025
702
23:20 / 12 Dekabr 2025
636
23:12 / 12 Dekabr 2025
111
22:41 / 12 Dekabr 2025
14169
22:05 / 12 Dekabr 2025
151
21:58 / 12 Dekabr 2025
3010
21:45 / 12 Dekabr 2025
136
19:31 / 12 Dekabr 2025
1152
19:20 / 12 Dekabr 2025
2262
19:04 / 12 Dekabr 2025
1339
19:02 / 12 Dekabr 2025
188
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.