18–24 yaşlı gənclər arasında cinayətlərin statistik mənzərəsi—RƏQƏMLƏR NƏ DEYİR?
13 Dekabr 2025, 20:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1254
21.09.2025, 09:16
SOCAR İnvestisiya departamentinin sabiq rəhbər müavini, iş adamı Adnan Əhmədzadənin həbsinin səbəbləri ilə bağlı mediada yayılan məlumatlar və ona qarşı irəli sürülən ittihamlar məsələnin “dərin köklərə” malik olduğunu deməyə əsas verir.
İstintaq araşdırmasında detallar aydınlaşdırılacaq, lakin təkcə enerji sektorunun yox, həm də medianın göz önündə olan bu şəxsin qəfil həbsi yayılan məlumatların doğruluq ehtimalını da ön plana çıxarır.
Adnan Əhmədzadənin “Azəri Layt” markalı nefti digər xam məhsulla qarışdırmaqda ittiham edildiyi deyilir. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığı və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir. Neft bazarında Azərbaycanın etibarlı tərəfdaş imicini – bu, Avropa rəsmiləri də daxil olmaqla, alıcı ölkələrin rəhbərliyi tərəfindən mütəmadi olaraq, dilə gətirilir – nəzərə alsaq, belə bir əməl təkcə mənimsəmə kimi yox, həm də dövlət maraqlarına qarşı təxribat kimi qəbul edilməlidir. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan cinayət işi üzrə Əhmədzadənin “iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunması” bu kontekstdə təsadüfi deyil.
Əhmədzadənin necə həbs edilməsi xüsusilə diqqət çəkir: məlumatlara görə, o, ötən gün Formula-1 üzrə Azərbaycan Qran-prisinin yarışlarına baxmaq üçün əraziyə gedib, hüquq-mühafizə orqanları tərəfindən həbsi də məhz orada baş verib.
Bu detal bir ssenarini önə çıxarır: istisna deyil ki, Azərbaycan neftinə qarşı baş verən təxribat faktı ilə bağlı araşdırmada Əhmədzadənin iştirakı yeni müəyyən edilib və dərhal həbs qərarı verilib.
Əhmədzadənin neft maxinasiyasında iki sual baş verənlərin “dərin köklərinə” işıq tuta bilər.
Birincisi, maxinasiyada kimlər “əlbirdir?”
Azərbaycan sərhədlərini aşan neft fırıldağını Əhmədzadənin təkbaşına həyata keçirməsi ehtimalı zəifdir. Neft satışının mürəkkəb mexanizmini və dövlət təhlükəsizliyinin kompenenti olduğunu nəzərə alanda, bu ehtimal ümumiyyətlə sıfırlanır. İstintaq belə bir şəbəkənin mövcudluğunu mütləq aydınlaşdıracaq.
İkincisi, Əhmədzadənin arxasında hansı qüvvələr ola bilər?
İttiham aktında yer alan “iqtisadi təhlükəsizliyə qarşı təxribat” amili maxinasiyanın təkcə külli miqdarda maliyyə mənimsəməsindən ibarət olmadığını təsdiqləyir. Hətta mənimsənilən maliyyə təxribat planında icraçıların – hazırda yalnız Əhmədzadənin adı məlumdur – “qazancı” ola bilər, əsas hədəf isə məhz neft bazarında Azərbaycanın mövqelərinə zərbə endirməkdir. Bu, Əhmədzadənin arxasında müəyyən xarici qüvvələrin olması versiyasını gücləndirir.
Və bütün “xarici qüvvə” ehtimalları Moskvaya çıxır. Rusiya Azərbaycana qarşı neft təxribatında niyə maraqlı ola bilər?
Həmçinin oxuyun
a) Azərbaycanın bazardakı mövqelərinin zəifləməsi ilk növbədə Rusiyaya sərf edir;
b) Ukrayna müharibəsinə görə sanksiyalara məruz qalan Rusiyanın neft bazarındakı zəifləyən mövqeləri fonunda Azərbaycanın gücləndiyi haqda məlumatlar var: Dünya Bazarı Araşdırmaları İnstitutunun araşdırmasına görə, bu ilin altı ayı – yanvar-iyul - ərzində Azərbaycanın neft ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 5 faiz artıb;
c) Azərbaycanın enerji resursları Rusiyanın ehtiyatları ilə müqayisədə az olsa da, Avropanın enerji təhlükəsizliyində mühüm paya malikdir: Moskva Avropanın enerji təhlükəsizliyinin diversifikasiyasına zərbə endirmək niyyətindədir;
ç) Daha öncə baş verənlər – avqustun 6-da Rusiyanın Odessada Azərbaycan qazını nəql edən qaz kompressor stansiyasına, avqustun 18-də SOCAR-ın Odessa vilayətindəki neft bazasına zərbələr endirməsi də oxları yenidən Moskvaya tuşlayır;
d) Burada Rumıniya mediasının bir neçə həftə öncə yaydığı məlumat da yada düşür: bu ölkənin kəşfiyyatı Azərbaycan neftinə zərərli maddələrin Rusiya tərəfindən qatıldığı şübhələrinə malikdir.
e) Neft təxribatının Bakı-Moskva xəttindəki gərginlik fonunda Rusiyanın təzyiq planının tərkib hissəsi olduğu da istisna deyil.
Bunlar mövcud məlumatlara istinadən önə çıxan ehtimallardır.
Müəllif
Asif Nərimanlı
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.