Prokuror onların 10 il həbsini tələb edir
27 May 2026, 22:41
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2725
21.09.2025, 10:50
2018-ci il iyulun 15-də, saat 22 radələrində yol patrul əməkdaşları işıqları sönülü olan yüksək sürətlə hərəkət edən Hundai Sun Tafe markalı avtomobilin hərəkətdə olduğunu görür. Saxla əmrinə tabe olmayan sürücü sürəti bir az da artıraraq gözdən itməyə çalışır. Bu zaman o, avtomobili yolun kənarında dayanmış Mercedes markalı maşına çırpır. Qayda pozan sürücü tmaşının təkərinin partlafığını görərək maşını ara küçələrdən birinə sürərək divara çırpır və maşından düşərək qaçır. Hüquq mühafizə orqanlarınlın əməkdaşları maşına baxış keçirərkən yarasız vəziyyətə düşmüş maşının baqajını açır və hər kəs şoka düşür. Baqajda çılpaq qadın meyiti və hələ can üstə olan, nəfəsi kəsilməmiş bir kişi var idi...
Hadisə Xəzər rayonu Ruhulla Axundov küçəsində baş verir.
Avtomobildən düşən sürücü hadisə yerindən qaçır...
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları və təcili tibbi yardım brigadası cəlb olunub. Hadisə yerinə baxış keçirilməsi haqqında 16 iyul 2018-ci il tarixli protokoldan məlum olub ki, Xəzər rayonu, Ruhullu Ahundov küçəsi 105 ünvanının qarşısında Hyundai Santa Fe markalı avtomobilin yük yerində əynində paltar olmayan qadın meyiti aşkar edilib.
Bəlli olub ki, meyit və can üstə olan şəxslər əməkdar həkim Arzu Şuşalı və həyat yoldaşı Dilara Əhmədovadır. Onlara məxsus Şüvəlan qəsəbəsi, Bağlar massivindəki 525 nömrəli bağ evinin birinci mərtəbəsinin giriş hissəsində və hamam otağında qan ləkələri müəyyən edilib. Həmin gecə cinayəti törədən Bakı şəhər sakini İlqar Xancanov saxlanılıb. Xəzər Rayon Prokurorluğunda ilkin olaraq Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.
İlqar Xancanov 15 aprel 2003-cü ildə 10 il azadlıqdan məhrum edilib. 2012-ci il dekabrın 25-də cəzasının başa çatması ilə əlaqədar azadlığa buraxılsa da islah olmayıb.
Davamı TV11-də...
01:29 / 28 May 2026
188
00:21 / 28 May 2026
142
00:12 / 28 May 2026
100
00:08 / 28 May 2026
101
00:02 / 28 May 2026
180
23:30 / 27 May 2026
672
23:09 / 27 May 2026
109
23:05 / 27 May 2026
1462
23:01 / 27 May 2026
98
22:43 / 27 May 2026
113
22:41 / 27 May 2026
158
22:35 / 27 May 2026
1255
22:31 / 27 May 2026
128
22:25 / 27 May 2026
129
22:15 / 27 May 2026
110
22:11 / 27 May 2026
158
21:53 / 27 May 2026
1199
21:23 / 27 May 2026
122
21:18 / 27 May 2026
484
21:16 / 27 May 2026
115
21:05 / 27 May 2026
892
20:53 / 27 May 2026
117
20:51 / 27 May 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.