Azərbaycanda bu sözdən yalandan istifadə edənlər 800 manat cərimələnəcək
05 Dekabr 2025, 12:36
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
914
21.09.2025, 08:35
Xəbər verdiyimiz kimi, SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə Bakıda həbs edilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan ibtidai istintaqın ilkin mərhələsində A.Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsində “xüsusilə ağır cinayətlər” kateqoriyasına daxildir. Təkcə “xüsusilə külli miqdarda mənimsəmə” ittihamı 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Vəzifə səlahiyyətlərindən sui-istifadə və iqtisadi təhlükəsizliyə qarşı təxribat isə bu cəzanı daha da sərtləşdirə bilər. Həmçinin istintaqın gedişində əlavə epizodların da ortaya çıxa biləcəyi istisna edilmir.
Məsələ dövlətin qanunla qorunan mənafelərinə toxunduğundan bu kimi hallara qarşı sərt mövqe nümayiş etdirilir. Əvvəl də qeyd olunduğu kimi bu həbslə yanaşı, hökumət Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və fərdi sui-istifadə hallarına qarşı mübarizəni gücləndirmək niyyətindədir.
Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur.
Görünür ki, Adnan Əhmədzadə hazırda DTX-nin təcridxanasında sorğu-sual edilir. İstintaq orqanı onun maliyyə əməliyyatları, əməkdaşlıq etdiyi şəxslər və hadisənin başvermə mexanizmi barədə verəcəyi məlumatları diqqətlə təhlil edəcək.
Azərbaycanla yanaşı xaricdə də geniş biznesə sahiblənmiş Əhmədzadənin ifadələri və təqdim edəcəyi sübutlar cinayətin bütün detalları ilə üzə çıxarılmasına və işin hərtərəfli araşdırılmasına mühüm təsir göstərəcək.
Həmçinin oxuyun
Məsələnin ictimai əhəmiyyətini nəzərə alaraq istintaqın gedişatını diqqətdə saxlayırıq.
Xatırladaq ki, bu hadisənin kökündə iyul ayında Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkar olunmasının dayandığı ehtimal edilir. Zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub.
Xəbəri rus dilində oxuyun: Аднан Ахмедзаде на допросе в СГБ - что будет рассекречено?
Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib.
Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.
15:18 / 05 Dekabr 2025
1
15:07 / 05 Dekabr 2025
26
15:00 / 05 Dekabr 2025
41
14:52 / 05 Dekabr 2025
73
14:32 / 05 Dekabr 2025
50
14:28 / 05 Dekabr 2025
336
14:24 / 05 Dekabr 2025
54
14:01 / 05 Dekabr 2025
48
14:00 / 05 Dekabr 2025
108
13:48 / 05 Dekabr 2025
467
13:21 / 05 Dekabr 2025
51
13:18 / 05 Dekabr 2025
54
13:12 / 05 Dekabr 2025
50
13:02 / 05 Dekabr 2025
73
12:53 / 05 Dekabr 2025
258
12:46 / 05 Dekabr 2025
62
12:41 / 05 Dekabr 2025
532
12:36 / 05 Dekabr 2025
87
12:34 / 05 Dekabr 2025
418
12:32 / 05 Dekabr 2025
43
12:32 / 05 Dekabr 2025
47
12:22 / 05 Dekabr 2025
59
12:03 / 05 Dekabr 2025
1826
11:55 / 05 Dekabr 2025
60
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.