Qaynar xətt:

(+99450) 247 90 86

Qubada "Hyundai" dərəyə aşdı

Qubada "Hyundai"   dərəyə     aşdı

KRİMİNAL

375

06.01.2025, 11:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonunun Qələdüz kəndi yaxınlığında "Hyundai" markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub.

Oxu24.com xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalan sürücü çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.