Qaynar xətt:

(+99450) 247 90 86

Bulvar restoranında əməliyyat: Polis kriminal avtoritetlərin məclisni dağıtdı

2019-03/1551772720_2292956.jpg

KRİMİNAL

852

05.03.2019, 11:58

Kiyev hüquq-mühafizə orqanlarının əməkdaşları Ukrayna Ali Rada bulvarının restoranında kriminal avtoritetlərin “sxodka”sına basqın edib.
Oxu24.com  -un  xəbərinə görə, Kiyev Polis Şöbəsinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir ki, “sxodka”ya 1985-ci ildən “vor zakon” statusunu daşıyan “Laşa Svan” ləqəbli, gürcü əsilli Laşa Caçvliani rəhbərlik edib. Əməliyyat-istintaq tədbirləri çərçivəsində 45 yaşlı “qanuni oğru” saxlanılıb. Məlumata görə, o digər “həmkarları” ilə əlaqələrini bərpa etməyə və mənzil oğrularının “kuratoru” olmaq istəyib. Qeyd edək ki, 2017-ci ilə qədər beynəlxalq axtarışda olan “Laşa Svan” bir müddət öncə Ukraynada narkotik vasitələrlə saxlanılıb, daha sonra sərbəst buraxıllıb