Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşır
17 Noyabr 2026, 09:04
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
752
29.09.2026, 14:40
Bu il sentyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarının xalis xarici aktivləri 32,4622 milyard manat təşkil edib.
Oxu24.com-un Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici aylıq müqayisədə 452,1 milyon manat və ya 1,41 faiz artıb. Ötən ilin sentyabrın 1-i ilə müqayisədə isə bankların xalis xarici aktivləri 5,458 milyard manat və ya 20,2 faiz yüksəlib.
Hesabat tarixinə bankların xalis daxili aktivləri 22,5157 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 600,3 milyon manat və ya 2,7 faiz, illik müqayisədə isə 1,753 milyard manat və ya 8,4 faiz artıb.
Beləliklə, sentyabrın 1-nə bankların xalis xarici aktivləri xalis daxili aktivlərini 9,9465 milyard manat və ya 1,4 dəfə üstələyib.
AMB-nin məlumatına əsasən, bu dövrdə Azərbaycanda geniş pul kütləsinin (M3) həcmi 54,978 milyard manat olub. Geniş pul kütləsi aylıq müqayisədə 1,0525 milyard manat və ya 2 faiz artıb. Ötən ilin eyni tarixi ilə müqayisədə isə M3 7,2111 milyard manat və ya 15,1 faiz yüksəlib.
Geniş pul kütləsinin manatda olan hissəsi sentyabrın 1-nə 44,4166 milyard manat təşkil edib. Bu göstərici aylıq müqayisədə 574,8 milyon manat və ya 1,3 faiz artıb. İllik müqayisədə isə artım 5,6104 milyard manat və ya 14,5 faiz olub.
Cədvələ görə, manatın dövretmə sürəti 2,96 təşkil edib. Bu göstərici iyul ayının sonundakı 3,00-dan aşağı düşüb, ötən ilin sentyabrın 1-də isə 3,41 səviyyəsində olub.
Hesabat tarixinə Azərbaycanda cəmi aktivləri 62,476 milyard manat, cəmi öhdəlikləri 54,723 milyard manat, balans kapitalı isə 7,753 milyard manat olan 21 bank fəaliyyət göstərib.
16:51 / 17 Noyabr 2026
1
16:34 / 17 Noyabr 2026
63
16:29 / 17 Noyabr 2026
66
16:21 / 17 Noyabr 2026
73
16:12 / 17 Noyabr 2026
74
15:57 / 17 Noyabr 2026
87
15:43 / 17 Noyabr 2026
94
15:12 / 17 Noyabr 2026
113
15:07 / 17 Noyabr 2026
100
14:52 / 17 Noyabr 2026
103
14:35 / 17 Noyabr 2026
111
14:15 / 17 Noyabr 2026
105
14:02 / 17 Noyabr 2026
118
13:57 / 17 Noyabr 2026
129
13:45 / 17 Noyabr 2026
141
13:24 / 17 Noyabr 2026
129
13:22 / 17 Noyabr 2026
168
12:58 / 17 Noyabr 2026
161
12:55 / 17 Noyabr 2026
162
12:43 / 17 Noyabr 2026
158
12:25 / 17 Noyabr 2026
150
12:05 / 17 Noyabr 2026
817
11:58 / 17 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.