Qaynar xətt:

(+99450) 247 90 86

Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşır

Əmtəə bazarlarında qızıl və gümüş yenidən bahalaşır

İQTİSADİYYAT

51

17.11.2026, 09:04

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri artıb.

Oxu24.com birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun “COMEX” əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,55% artaraq 3 874,1 dollarına bərabər olub.

“COMEX”də gümüşün bir unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin qiyməti də 1,22% artaraq 47,43 dollar təşkil edib.