SOCAR Anlaşma Memorandumu imzaladı
09 Noyabr 2026, 15:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
300
24.07.2026, 12:55
Azərbaycanda son dövrlərdə demoqrafik göstəricilərdə nəzərəçarpan dəyişikliklər müşahidə olunur. Rəsmi statistik məlumatlara əsasən, 2026-cı ilin ilk beş ayında ölkədə 34 056 körpə dünyaya gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 780 nəfər azdır. Demoqrafik göstəricilərdəki bu eniş cəmiyyətdə və mütəxəssislər arasında ciddi müzakirələrə yol açıb. Analitiklər bildirirlər ki, doğum sayının dinamikası ölkənin gələcək sosial-iqtisadi inkişaf tempinə bilavasitə təsir göstərən əsas amillərdəndir. Xüsusilə əmək bazarı, pensiya təminatı və müxtəlif xidmət sahələrində yarana biləcək risklər diqqət mərkəzindədir. Bəs doğum sayının azalması ölkəmiz üçün hansı sosial və iqtisadi fəsadlara gətirib çıxara bilər?
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, doğum sayının azalması həm qısamüddətli, həm də uzunmüddətli dövrdə ciddi sosial və iqtisadi nəticələrə səbəb ola bilər:
“Doğum sayının azalması o deməkdir ki, təxminən 15-20 ildən sonra əmək bazarına daxil olan yeni işçi qüvvəsinin sayında ciddi azalma olacaq. İşləyən şəxslərin sayının azalması isə birbaşa iqtisadi böyüməyə və dövlət büdcəsinə ödənilən vergi daxilolmalarına mənfi təsir göstərir. Çünki iqtisadiyyatın inkişaf etməsi və vergi bazasının genişlənməsi üçün ilk növbədə aktiv işçi qüvvəsi tələb olunur”.
Ekspert qeyd edib ki, digər tərəfdən, doğum sayının düşməsi cəmiyyətdə əhalinin yaşlanması problemini gündəmə gətirir:
“Yaşlı əhalinin və pensiyaçıların payı gənclərin, çalışanların payına nisbətən artır. Bu disbalans isə sosial müdafiə və pensiya sisteminin üzərinə əlavə maliyyə yükü salır”.
Xalid Kərimli vurğulayıb ki, məsələnin gündəlik iqtisadi tərəflərinə nəzər salsaq, uşaq sayının azalması birbaşa müəyyən sektorlara təsir edir. Məsələn, təhsil xidmətlərinə, uşaq qidaları və geyim sənayesinə olan tələbat azalır. Uşaqların istehlakçı kimi payının düşməsi bu sahələrlə bağlı bizneslərin fəaliyyətini zəiflədir.
Sonda ekspert əlavə edib ki, lakin bütün bu məsələləri tam neqativ dəyərləndirmək doğru olmaz. Hazırda Azərbaycanda təbii azalma müşahidə edilmir, yəni doğum göstəricisi ölüm göstəricisini üstələyir və əhali artımı davam edir:
“Avropa ölkələri ilə müqayisədə bizim əhalinin strukturunda gənclərin xüsusi çəkisi hələ də yüksəkdir.
Hazırda ölkəmiz üçün əsas vacib məsələ 18–20 il öncə doğulmuş gənclər üçün layiqincə iş yerlərinin açılması, əmək bazarının keyfiyyətcə yaxşılaşdırılması və iqtisadiyyatın inkişaf etdirilməsidir”.
Çimnaz Telmanqızı
16:25 / 09 Noyabr 2026
1
16:23 / 09 Noyabr 2026
13
16:19 / 09 Noyabr 2026
33
16:06 / 09 Noyabr 2026
94
15:54 / 09 Noyabr 2026
297
15:49 / 09 Noyabr 2026
71
15:47 / 09 Noyabr 2026
121
15:45 / 09 Noyabr 2026
154
15:40 / 09 Noyabr 2026
177
15:34 / 09 Noyabr 2026
73
15:23 / 09 Noyabr 2026
96
15:13 / 09 Noyabr 2026
110
15:05 / 09 Noyabr 2026
531
15:00 / 09 Noyabr 2026
123
14:58 / 09 Noyabr 2026
99
14:55 / 09 Noyabr 2026
118
14:42 / 09 Noyabr 2026
105
14:37 / 09 Noyabr 2026
98
14:29 / 09 Noyabr 2026
516
14:22 / 09 Noyabr 2026
252
14:17 / 09 Noyabr 2026
113
14:06 / 09 Noyabr 2026
1273
14:04 / 09 Noyabr 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.