Artım 2%-ə qədər olub - RƏSMİ
11 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
614
05.05.2026, 14:58
Azərbaycanda bu günə olan statistikaya əsasən, problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib. Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin yerli icra qurumlarının icraatında olan bu icra işləri bank və bank olmayan kredit təşkilatlarının tələbkar tərəf olduğu işlərdir.
Həmin işlər məcburi icraya yönəldildiyinə görə problemli kreditlər hesab olunur.
Ölkəmizdə bank və bank olmayan təşkilatlardan müəyyən vəsait götürməklə qarşısına qoyduğu məqsədi reallaşdıran insanlar çoxdur. Lakin sonradan həmin məbləği ödəməyən və ya ödəyə bilməyən insanların da sayı xeylidir.
Ümumiyyələ, problemli kredit anlayışına nələr daxildir? Məcburi icra qaydaları hansı borclulara aid edilir? Həmin şəxsləri hansı aqibət gözləyir?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, kredit dedikdə yalnız müəyyən müddətə götürülən borc başa düşülür:
“Yəni banklardan, bank olmayan təşkilatlarından, lombardlardan, ticarət şəbəkələrindən alınan nisyə mallardan söhbət gedir. Amma icra məmurlarının apardığı və məhkəmələrdə baxılan borc işlərinə problemli kreditlərdən əlavə alimentlər də daxildir. Çünki bu da borcdur. Bu mənada bura aidliyi var. Onun da ödənilməsi mexanizmi eynidir. Məhkəmə üçün, icra məmuru üçün fərqi yoxdur ki, vətəndaş kredit götürüb qaytarmır, yoxsa valideyn aliment ödəmir”.
Ekspert bildirib ki, qanunla borcu ödəməyənə qarşı heç bir tədbir görülə bilməz:
“Qanun deyir ki, əgər insanın imkanı yoxdursa, ona qarşı heç bir tədbir görmək olmaz. Bizdə isə həbs olunacağını deyirlər, ölkədən çıxışına qadağa qoyurlar, hətta bəzən cərimə edirlər. İnsanın borcunu ödəməyə pulu yoxdur, məhkəmə hələ onu əlavə olaraq cərimə edir. Bu məsələlərin həlli yolu eynidir, pulu varsa, ödəyir, yoxdursa, ödəyə bilmir və buna qarşı görülən bütün tədbirlər qanunsuzdur”.
01:25 / 12 Noyabr 2026
59
00:55 / 12 Noyabr 2026
56
00:43 / 12 Noyabr 2026
82
00:35 / 12 Noyabr 2026
165
00:33 / 12 Noyabr 2026
87
00:27 / 12 Noyabr 2026
98
00:24 / 12 Noyabr 2026
106
00:19 / 12 Noyabr 2026
119
00:17 / 12 Noyabr 2026
149
00:11 / 12 Noyabr 2026
116
23:54 / 11 Noyabr 2026
100
23:52 / 11 Noyabr 2026
103
23:50 / 11 Noyabr 2026
128
23:45 / 11 Noyabr 2026
945
23:28 / 11 Noyabr 2026
98
23:24 / 11 Noyabr 2026
109
23:18 / 11 Noyabr 2026
124
23:09 / 11 Noyabr 2026
122
23:03 / 11 Noyabr 2026
110
23:01 / 11 Noyabr 2026
132
22:55 / 11 Noyabr 2026
106
22:38 / 11 Noyabr 2026
174
22:31 / 11 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.