Artım 2%-ə qədər olub - RƏSMİ
11 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
2945
29.04.2026, 10:48
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirə olunan “Dövlət icra məmurları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində icra məmurlarının hüquqlarının genişləndirilməsi öz əksini tapıb.
Oxu24.com xəbər verir ki,hazırda qüvvədə olan qanuna görə, icra məmuru tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərə yönəldə, borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görə bilər.
Təklif edilən dəyişikliyə əsasən, icra məmuru tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarda olan vəsaitə yönəldə bilər.
Bəs bu dəyişiklik banka borcu olan şəxslərin məsuliyyətini nə qədər artıracaq?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əkrəm Həsənov deyir ki, yeni layihəyə əsasən icra məmurlarının səlahiyyətləri o qədər də genişləndirilmir:
“Qanunda sadəcə dəqiqləşdirmə aparılır. İcra məmurunun ümumən səlahiyyəti var ki, borcun ödənişi qarşı tərəfin əmlakına yönəltsin. Əsas yenilik odur ki, borc qarşı tərəfin bəzi əmlaklarına və hətta elektron puluna da yönəldilə bilər. Bu da əslində düzgündür. Borclunu ödənişə məcbur etmək üçün icra məmurunun əlində kifayət qədər alət olmalıdır.
Amma nəzərə alaq ki, hazırda borcluların çoxunun adına hər hansı bir əmlak yoxdur. Bu da borcun qısa müddətdə ödənilməsində problemlər yaradır. Yeni dəyişikliyin nə qədər səmərəli olduğunu zamanla biləcəyik”.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.