Artım 2%-ə qədər olub - RƏSMİ
11 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
600
28.04.2026, 13:13
Dünyada hökm sürən qlobal siyasi gərginlik və enerji böhranı fonunda neft qiymətlərinin dəyişməsi enerji ixracatçısı olan ölkələr, o cümlədən Azərbaycan üçün yeni reallıqlar yaradır. Cari ildə neftin qiyməti proqnozlaşdırılan səviyyədən yüksək olsa da, ölkənin ümumi neft gəlirlərində fərqli dinamika müşahidə olunur.
Qlobal bazarlarda neftin qiymətinin ötən illə müqayisədə daha baha olması Azərbaycanın neft gəlirlərinə təsirsiz ötüşmür. Lakin qiymət artımına baxmayaraq, ölkənin neft ixracından əldə etdiyi mənfəətdə azalma qeydə alınıb.
Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən neft üzrə ekspert İlham Şaban bildirib ki, hazırda neft gəlirləri dövlət büdcəsində nəzərdə tutulan proqnozdan yuxarı olsa da, ötən ilin eyni dövrü ilə müqayisədə ümumi mənfəət aşağıdır.
Ekspert bunun əsas səbəbini hasilatın aşağı düşməsi ilə əlaqələndirib:
"Qiymət ötən illə müqayisədə daha yüksəkdir və neft gəlirləri proqnozdan yuxarıdır. Amma ötən illə müqayisədə Azərbaycanın neft ixracından əldə etdiyi mənfəət daha azdır. Niyə? Çünki neft hasilatı azaldığından onun ixracı da azalır və nəticə etibarı ilə gəlirlərimiz ötən ilki səviyyədən aşağıdır”.
Göründüyü kimi, dünya bazarında qiymətlərin yüksək qalması hasilatdakı təbii azalmanı tam kompensasiya edə bilmir. Bu da enerji sektorunda hasilatın sabit saxlanılmasının gəlirlərin dayanıqlılığı üçün nə dərəcədə əhəmiyyətli olduğunu bir daha ortaya qoyur.
Çimnaz Telmanqızı
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.