Rubl bu qədər bahalaşdı
07 İyul 2026, 09:11
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
746
27.04.2026, 17:55
Azərbaycanda tütün sənayesində baş verən son dəyişikliklər bazarın gələcək dinamikası ilə bağlı yeni suallar doğurur. Ölkədə fəaliyyət göstərən əsas istehsalçılardan biri olan European Tobacco-Baku ASC-nin fəaliyyətini dayandırması yalnız bir müəssisənin bazardan çıxması kimi deyil, həm də rəqabət mühitinə, yerli istehsalın davamlılığına və idxaldan asılılıq səviyyəsinə təsir edə biləcək mühüm iqtisadi hadisə kimi qiymətləndirilir. Bu vəziyyət eyni zamanda siqaret bazarında qiymətlərin formalaşması mexanizmləri ilə bağlı narahatlıqları da gündəmə gətirir.
Bəs bu dəyişikliklər nəticəsində Azərbaycanda siqaret qiymətlərində bahalaşma qaçılmazdırmı?
Oxu24.com mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, bu cür hallar tütün sənayesində “zəif diversifikasiya olunmuş sistem riski”ni üzə çıxarır.
“Bazarda iştirakçıların sayının məhdud olması bir şirkətin fəaliyyətini dayandırması ilə ümumi balansın pozulmasına səbəb olur və sektorun dayanıqlılığının fərdi istehsalçılardan asılılığını göstərir.
Qısa müddətdə bazarda ciddi dəyişiklik hiss olunmaya bilər. Mövcud ehtiyatlar hesabına sabitlik qorunsa da, orta müddətdə yaranan istehsal boşluğu idxal hesabına doldurulacaq. Bu isə Azərbaycanın tütün bazarında xarici təchizatçılardan asılılığın artmasına gətirib çıxara bilər. İdxalın genişlənməsi isə öz növbəsində valyuta riskləri, logistika xərcləri və beynəlxalq qiymət dəyişkənliyi ilə müşayiət olunur”.
İqtisadçı vurğulayıb ki, siqaret bazarında qiymətlər yalnız istehsal xərcləri ilə formalaşmır:
“Burada aksiz siyasəti, gömrük tənzimləmələri və bazardakı rəqabət səviyyəsi də mühüm rol oynayır. Bu səbəbdən bir istehsalçının bazardan çıxması dərhal bahalaşmaya səbəb olmasa da, orta müddətdə qiymət artımı üçün zəmin yaradacaq”.
İbrahimov beynəlxalq təcrübəyə də diqqət çəkərək bildirib ki, iri tütün şirkətləri bu cür riskləri qabaqlamaq üçün alternativ istehsal və paylama mexanizmləri qururlar.
“Məsələn, Philip Morris International müxtəlif ölkələrdə istehsal optimallaşdırması apararkən regional istehsal mərkəzləri vasitəsilə bazar sabitliyini qoruyur. Eyni yanaşma British American Tobacco tərəfindən Afrika və Asiya bazarlarında tətbiq olunub. Japan Tobacco Inc. nümunəsində isə dövlət tənzimləməsi və mərkəzləşdirilmiş nəzarət sayəsində struktur dəyişikliklər qiymət şoklarına çevrilmir. Azərbaycan reallığında isə bu hadisə bir sıra problemləri üzə çıxarır. Yerli istehsal güclərinin məhdudluğu alternativ təchizat imkanlarını zəiflədir, sənaye daxilində risklərin bölüşdürülməsi mexanizmləri kifayət qədər inkişaf etməyib və idxaldan asılılıq bazarı xarici təsirlərə daha həssas edir”.
Sonda iqtisadçı vurğulayıb ki, “European Tobacco-Baku” ASC-nin fəaliyyətini dayandırması təkcə lokal hadisə deyil, həm də Azərbaycanın tütün sənayesində strateji planlaşdırma, rəqabət mühiti və idxal-istehsal balansının yenidən nəzərdən keçirilməsi üçün ciddi siqnaldır.
12:25 / 07 İyul 2026
1
12:18 / 07 İyul 2026
18
12:00 / 07 İyul 2026
384
11:58 / 07 İyul 2026
53
11:52 / 07 İyul 2026
131
11:51 / 07 İyul 2026
44
11:33 / 07 İyul 2026
57
11:22 / 07 İyul 2026
88
11:10 / 07 İyul 2026
69
11:09 / 07 İyul 2026
67
11:05 / 07 İyul 2026
67
11:01 / 07 İyul 2026
208
10:53 / 07 İyul 2026
280
10:48 / 07 İyul 2026
65
10:46 / 07 İyul 2026
67
10:39 / 07 İyul 2026
79
10:32 / 07 İyul 2026
71
10:15 / 07 İyul 2026
449
10:12 / 07 İyul 2026
84
09:59 / 07 İyul 2026
84
09:58 / 07 İyul 2026
1033
09:38 / 07 İyul 2026
527
09:34 / 07 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.