Rubl bu qədər bahalaşdı
07 İyul 2026, 09:11
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1061
27.04.2026, 17:40
Hörmüz boğazında yaranan gərginlik və qlobal enerji təchizatında mümkün fasilələr dünya bazarlarında neft qiymətlərinin sürətlə artmasına səbəb olub. Bu proses artıq bir sıra ölkələrdə yanacaq qiymətlərinə təsir göstərir və istehlak bazarlarında ciddi narahatlıq yaradır.
Bəs qlobal enerji böhranının dərinləşməsi Azərbaycanda benzin qiymətlərinə necə təsir edə bilər?
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, Hörmüz boğazının bağlanması dünya enerji bazarında ciddi təlatümlərə yol açır və bu, xüsusilə neft idxalından asılı olan ölkələrdə yanacaq qiymətlərinin artımı ilə müşahidə olunur.
“Artıq Avropanın bir sıra ölkələrində və digər idxalçı bazarlarda pərakəndə satış nöqtələrində benzinin qiymətində artım qeydə alınır. Bu isə qlobal miqyasda əlavə təzyiq formalaşdırır.
Azərbaycanda vəziyyət bir qədər fərqlidir. Belə ki, ölkədə Aİ-92 markalı benzin daxili istehsal hesabına təmin edilir və bu səbəbdən onun qiymətində artım gözlənilmir”
Razi Abbasbəyli əlavə edib ki, qiymət artımı daha çox idxal olunan premium markalı benzin seqmentində müşahidə oluna bilər.
“Bu məhsullar xaricdən gətirildiyi üçün qlobal bazarlardakı dəyişikliklər birbaşa maya dəyərinə təsir göstərir. İdxal xərclərinin artması, logistika çətinlikləri və təchizat zəncirində yaranan problemlər nəticə etibarilə premium markalı benzinin qiymətini yüksəldir. Bu isə Azərbaycanda da həmin məhsulun pərakəndə satış qiymətlərinə təsir edə bilər. Əgər Hörmüz boğazında gərginlik davam edərsə və qlobal enerji təchizatında problemlər dərinləşərsə, yaxın müddətdə Azərbaycana idxal edilən premium benzinin bahalaşması real ssenariyə çevriləcək”.
Beləliklə, qlobal enerji bazarlarında baş verən dəyişikliklər Azərbaycanın yanacaq bazarına selektiv təsir göstərir və əsas risk idxaldan asılı olan məhsullar üzərində cəmlənir.\\konkret.az
14:48 / 07 İyul 2026
1
14:46 / 07 İyul 2026
9
14:31 / 07 İyul 2026
39
14:00 / 07 İyul 2026
58
13:55 / 07 İyul 2026
55
13:52 / 07 İyul 2026
70
13:45 / 07 İyul 2026
67
13:40 / 07 İyul 2026
73
13:36 / 07 İyul 2026
73
13:29 / 07 İyul 2026
74
13:23 / 07 İyul 2026
68
13:15 / 07 İyul 2026
76
13:10 / 07 İyul 2026
985
12:54 / 07 İyul 2026
325
12:53 / 07 İyul 2026
78
12:42 / 07 İyul 2026
82
12:31 / 07 İyul 2026
481
12:25 / 07 İyul 2026
86
12:18 / 07 İyul 2026
162
12:00 / 07 İyul 2026
1914
11:58 / 07 İyul 2026
91
11:52 / 07 İyul 2026
236
11:51 / 07 İyul 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.