Artım 2%-ə qədər olub - RƏSMİ
11 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
722
24.04.2026, 12:44
Qırmızı Ürəklər Fondu 2021-ci ildən etibarən I və II Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədi ilə ölkənin bir sıra şəhər və rayonlarında ağacəkmə aksiyaları həyata keçirir. Layihə çərçivəsində rayon və şəhər üzrə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsinə eyni sayda ağaclar əkilir. Layihə, həmçinin Azərbaycanın ekoloji mühitinə töhfə vermək məqsədi daşıyır.
Budəfəki ağacəkmə aksiyası “PAŞA Holding”in dəstəyi ilə Göygöl şəhərində həyata keçirilib. Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən aksiya üçün ayrılan xüsusi ərazidə şəhidlərin xatirəsinə 175 ədəd həmişəyaşıl ağac əkilib. “Qəhrəmanlar bağı” aksiyasında şəhid ailələri, qazilər, rayon və şəhər ictimaiyyətinin nümayəndələri, həmçinin Kapital Bank-ın Göygöl filialının və Qırmızı Ürəklər Fondunun əməkdaşları iştirak ediblər. Aksiya Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.
Bununla da ölkə ərazisində “Qəhrəmanlar bağı”nın sayı 30-a çatıb. Əkilən ağaclara qulluq olunması, suvarlanması və digər lazımi tədbirləri isə yerli İcra Hakimiyyəti orqanları tərəfindən həyata keçirir.
Qeyd edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. “Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
03:10 / 12 Noyabr 2026
107
01:25 / 12 Noyabr 2026
131
00:55 / 12 Noyabr 2026
139
00:43 / 12 Noyabr 2026
130
00:35 / 12 Noyabr 2026
309
00:33 / 12 Noyabr 2026
125
00:27 / 12 Noyabr 2026
139
00:24 / 12 Noyabr 2026
160
00:19 / 12 Noyabr 2026
163
00:17 / 12 Noyabr 2026
253
00:11 / 12 Noyabr 2026
157
23:54 / 11 Noyabr 2026
140
23:52 / 11 Noyabr 2026
138
23:50 / 11 Noyabr 2026
165
23:45 / 11 Noyabr 2026
1266
23:28 / 11 Noyabr 2026
129
23:24 / 11 Noyabr 2026
138
23:18 / 11 Noyabr 2026
154
23:09 / 11 Noyabr 2026
148
23:03 / 11 Noyabr 2026
136
23:01 / 11 Noyabr 2026
158
22:55 / 11 Noyabr 2026
131
22:38 / 11 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.