BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?
12 Noyabr 2026, 23:19
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1101
25.03.2026, 18:47
Azərbaycanda minlərlə insan illərlə rəsmi əmək müqaviləsi olmadan çalışır. Bu gün qazanc əldə edən həmin şəxslər gələcəkdə pensiya yaşına çatdıqda ciddi risklə üz-üzə qala bilərlər. Çünki sosial sığorta ödənişləri aparılmadığından onların pensiya hüququ ya formalaşmır, ya da çox zəif olur.
Bəs “kölgə əmək bazarında” çalışanlar sabah pensiya ala biləcəklərmi?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən vəkil Xəzər Həsənov “Əmək pensiyaları haqqında” qanuna əsasən əmək pensiyasının vətəndaşın əvvəl əldə etdiyi əməkhaqqı və digər gəlirlərinin kompensasiyası kimi müəyyən olunduğunu bildirib.
Vəkilin sözlərinə görə, bu hüququn formalaşması üçün əsas şərt məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Həmin ödənişlər işəgötürən və işçi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna köçürülür və əməkhaqqı, mükafatlar, məzuniyyət haqları, eləcə də sahibkarlıq gəlirləri daxil olmaqla bütün gəlir növlərinə tətbiq edilir.
Xəzər Həsənov vurğulayıb ki, sosial sığorta sistemi ştatlı, mövsümi və müvəqqəti işçiləri, fərdi sahibkarları və digər kateqoriyaları əhatə edir. Lakin əmək münasibətləri rəsmi qaydada rəsmiləşdirilmədikdə bu ödənişlər həyata keçirilmir və nəticədə şəxsin pensiya hüququ formalaşmır.
O əlavə edib ki, qanunvericiliyə əsasən əmək pensiyası üç növ üzrə təyin olunur: yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə. Hər biri sığorta və yığım hissələrindən ibarətdir.
“Şəxs əmək müqaviləsi olmadan işləyərək qısa müddətdə daha çox qazanc əldə etdiyini düşünsə də, bu, gələcəkdə onun pensiya almaq hüququndan və ümumilikdə sosial təminatdan məhrum qalmasına səbəb ola bilər,” — deyə vəkil sonda qeyd edib.
23:53 / 12 Noyabr 2026
4
23:40 / 12 Noyabr 2026
57
23:34 / 12 Noyabr 2026
55
23:24 / 12 Noyabr 2026
216
23:20 / 12 Noyabr 2026
63
23:19 / 12 Noyabr 2026
46
23:18 / 12 Noyabr 2026
65
23:12 / 12 Noyabr 2026
67
23:03 / 12 Noyabr 2026
76
23:02 / 12 Noyabr 2026
161
22:59 / 12 Noyabr 2026
73
22:55 / 12 Noyabr 2026
85
22:49 / 12 Noyabr 2026
100
22:40 / 12 Noyabr 2026
78
22:24 / 12 Noyabr 2026
141
22:21 / 12 Noyabr 2026
87
22:13 / 12 Noyabr 2026
101
21:55 / 12 Noyabr 2026
96
21:39 / 12 Noyabr 2026
103
21:26 / 12 Noyabr 2026
1149
21:19 / 12 Noyabr 2026
113
21:04 / 12 Noyabr 2026
110
20:55 / 12 Noyabr 2026
382
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.