Neft qiymətlərinin kəskin düşəcək - Tramp açıqladı
16 Mart 2026, 21:46
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
184
16.03.2026, 22:41
"Regionda baş verən hadisələr və artan geosiyasi gərginlik fonunda qızıl ənənəvi olaraq daha etibarlı investisiya vasitəsi kimi ön plana çıxır. Belə dövrlərdə investorlar riskli alətlərdən daha sabit hesab olunan aktivlərə yönəldikləri üçün qızıla tələbat artır və bu da dünya bazarlarında qiymətlərə yüksəliş təzyiqi yaradır. Hazırda bazarda bahalaşma meyli ilə yanaşı, qiymətlərdə kəskin dəyişkənlik də müşahidə olunur".
Oxu24.com xəbər verir ki bunu Metbuat.az-a açıqlamasında “Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri, Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov bildirib.
O qeyd edib ki, son günlər beynəlxalq bazarlarda qızılın qiymətində ciddi dalğalanmalar görünür:
"Bu onu göstərir ki, bazarda ümumi istiqamət yüksək qiymət mühitinin qorunması olsa da, artım sabit və düzxətli şəkildə getmir. Qiymətlər həm geosiyasi xəbərlərə, həm də qlobal maliyyə bazarlarındakı dəyişikliklərə çox həssas reaksiya verir. Xüsusilə dolların məzənnəsi, beynəlxalq inflyasiya gözləntiləri, aparıcı mərkəzi bankların faiz siyasəti və investor davranışı qızılın qiymətinə birbaşa təsir edən əsas amillər sırasındadır. Azərbaycan bazarında da qızılın qiyməti əsasən beynəlxalq birja qiymətləri, valyuta məzənnəsi, logistika xərcləri, idxal şərtləri, eləcə də məmulatın əyarı, çəkisi və emal xüsusiyyətləri əsasında formalaşır. Bu səbəbdən qlobal bazarda baş verən dəyişikliklər daxili bazarda da müəyyən gecikmə ilə özünü göstərir. Əgər beynəlxalq bazarda bahalaşma meyli davam edərsə, bu tendensiyanın yerli bazarda da hiss olunması qaçılmazdır. Bununla yanaşı, son satış qiymətlərinə yalnız xammalın dəyəri deyil, həm də istehsal, emal və ticarət marjası təsir göstərir".
R.Əmircanovun sözlərinə görə, hazırkı şəraitdə qızıl bazarında bahalaşma meyli müşahidə olunur. Lakin bu artım bəzən qısa müddətli eniş və yüksəlişlərlə müşayiət edildiyindən bazarda dalğalanma da yüksək olaraq qalır. Yəni hazırda həm bahalaşma, həm də volatillik paralel şəkildə müşahidə edilir.
Həmçinin oxuyun
00:58 / 17 Mart 2026
185
00:42 / 17 Mart 2026
230
00:19 / 17 Mart 2026
382
23:59 / 16 Mart 2026
88
23:56 / 16 Mart 2026
285
23:55 / 16 Mart 2026
85
23:51 / 16 Mart 2026
99
23:49 / 16 Mart 2026
239
23:42 / 16 Mart 2026
105
23:39 / 16 Mart 2026
260
23:36 / 16 Mart 2026
1282
23:33 / 16 Mart 2026
119
23:28 / 16 Mart 2026
2580
23:22 / 16 Mart 2026
131
23:15 / 16 Mart 2026
1816
23:14 / 16 Mart 2026
209
22:55 / 16 Mart 2026
2229
22:54 / 16 Mart 2026
469
22:25 / 16 Mart 2026
349
22:09 / 16 Mart 2026
307
21:59 / 16 Mart 2026
156
21:54 / 16 Mart 2026
1487
21:46 / 16 Mart 2026
268
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.