ABŞ İrana zərbə endirdi
13 Noyabr 2026, 01:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
989
16.03.2026, 22:09
Tədqiqatlar göstərir ki, Parkinson xəstəliyinin müalicəsi üçün dərman təkrar emal olunmuş plastik şüşələr vasitəsilə innovativ metoddan istifadə etməklə istehsal edilə bilər.
Oxu24.com AZƏRTAC-a istinadla xəbər verir ki, bu yanaşma bakteriyaların məişət plastikini bu nevroloji xəstəliyin müalicəsi üçün əsas dərman olan L-DOPA-ya çevirmək qabiliyyətindən istifadə edir.
Tədqiqatçıların fikrincə, bu, plastik tullantıları nevroloji xəstəliyin müalicəsi üzrə dərmana çevirmək üçün təbii bioloji prosesin modifikasiyası ilə bağlı ilk təcrübədir.
Edinburq Universitetinin alimləri polietilen tereftalatı (qida və içki qablaşdırmalarında geniş istifadə olunan plastik növü olan PET - red.) L-DOPA-ya çevirmək üçün E. coli bakteriyalarını modifikasiya ediblər. Proses əvvəlcə ildə təxminən 50 milyon ton istehsal olunan tullantı PET-i kimyəvi tərkib hissəsi olan tereftal turşusuna parçalamağı əhatə edir. Daha sonra modifikasiya olunmuş bakteriyalar bir sıra bioloji reaksiyalar vasitəsilə tereftal turşusu molekullarını L-DOPA-ya çevirir.
Tədqiqatçıların fikrincə, bu yeni texnologiyadan istifadə edərək L-DOPA istehsal edilməsi məhdud qazıntı yanacaq ehtiyatlarından istifadəyə əsaslanan ənənəvi əczaçılıq istehsal üsullarından ekoloji cəhətdən daha təmizdir.
Alimlər hesab edirlər ki, neft və qaz kimi bərpası mümkün olmayan resurslardan əldə edilən davamlı və yüngül plastik olan PET-in təkrar emalı üçün yeni metodlara təcili ehtiyac var. Hazırkı təkrar emal prosesləri tam səmərəli deyil və dünya miqyasında plastik çirklənməsinə “töhfə” verməyə davam edir.
Komandanın fikrincə, bu nailiyyət plastik tullantılarda olan qiymətli karbonu təkrar emal etmək üçün ekoloji cəhətdən davamlı bir yol təqdim edir, əks halda, bu karbon poliqon, yandırma və ya çirklənmə nəticəsində itiriləcək.
Onlar əlavə edirlər ki, bu, yalnız dərman preparatları deyil, həm də ətirlər, kosmetika və sənaye kimyəvi maddələri də daxil olmaqla geniş çeşiddə məhsullar istehsal edə bilən bioloji təkrar emal sənayesinin inkişafına yol aça bilər.
09:34 / 13 Noyabr 2026
1
09:33 / 13 Noyabr 2026
12
09:31 / 13 Noyabr 2026
11
01:52 / 13 Noyabr 2026
289
01:49 / 13 Noyabr 2026
762
00:49 / 13 Noyabr 2026
151
00:18 / 13 Noyabr 2026
144
00:17 / 13 Noyabr 2026
223
23:53 / 12 Noyabr 2026
1530
23:51 / 12 Noyabr 2026
187
23:40 / 12 Noyabr 2026
265
23:34 / 12 Noyabr 2026
139
23:24 / 12 Noyabr 2026
1060
23:20 / 12 Noyabr 2026
140
23:19 / 12 Noyabr 2026
148
23:18 / 12 Noyabr 2026
146
23:12 / 12 Noyabr 2026
147
23:03 / 12 Noyabr 2026
148
23:02 / 12 Noyabr 2026
292
22:59 / 12 Noyabr 2026
139
22:55 / 12 Noyabr 2026
165
22:49 / 12 Noyabr 2026
230
22:40 / 12 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.