Ev almaq istəyənlərə ŞAD XƏBƏR!
13 Noyabr 2026, 09:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1105
16.03.2026, 20:48
“Bu dəyişikliklər hərbi sistemin effektivliyini artıracaq” - Hərbi ekspert
Hərbi xidmətdən boyun qaçıranlara qarşı qaydalar sərtləşdirilir. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, müddətli həqiqi hərbi xidmətə çağırışdan yayınma hallarının vaxtında və effektiv qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrində, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə 2024-cü il 27 dekabr tarixli qanunu qəbul edilib. Həmin qanunla Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (şəhadətləndirməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür.
Bununla yanaşı, vətəndaşların müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda, barələrində çağırış üzrə qərar qəbul edilənədək, onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı Miqrasiya Məcəlləsində dəyişiklik edilib.
Artıq bu dəyişikliklər “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında” Plenumun 23 yanvar 2026-cı il tarixli qərarında da öz əksini tapıb.
Yeni qaydaları Oxu24.com-a şərh edən hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycanın müdafiə və səfərbərlik sistemi baxımından bu dəyişikliklər çağırış prosesində intizamı gücləndirməyə yönəlmiş addım kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, təəssüf ki, az sayda olsa da, hərbi xidmətdən yayınmaq istəyənlər var:
“Vətən müharibəsi sübut etdi ki, Azərbaycan gəncliyi könüllü olaraq döyüşə getdi, hər kəs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin qarşısına yığışmışdı. Son təhlillər onu göstərir ki, bu istiqamətdə sərtləşməyə ehtiyac var və bununla bağlı müəyyən addımlar atılır, xidmətdən yayınanların ölkədən çıxışına qadağalar qoyulur.
Ümumilikdə, qəbul edilən dəyişikliklər dövlətin hərbi idarəetmə sistemini daha effektiv etmək və çağırışdan yayınma hallarını minimuma endirmək məqsədi daşıyır. Bu isə həm səfərbərlik hazırlığının gücləndirilməsi, həm də ehtiyat qüvvələrinin uçotunun daha dəqiq aparılması baxımından mühüm addım hesab olunur”.
Yeganə
09:34 / 13 Noyabr 2026
1
09:33 / 13 Noyabr 2026
12
09:31 / 13 Noyabr 2026
11
01:52 / 13 Noyabr 2026
289
01:49 / 13 Noyabr 2026
762
00:49 / 13 Noyabr 2026
151
00:18 / 13 Noyabr 2026
144
00:17 / 13 Noyabr 2026
223
23:53 / 12 Noyabr 2026
1530
23:51 / 12 Noyabr 2026
187
23:40 / 12 Noyabr 2026
265
23:34 / 12 Noyabr 2026
139
23:24 / 12 Noyabr 2026
1060
23:20 / 12 Noyabr 2026
140
23:19 / 12 Noyabr 2026
148
23:18 / 12 Noyabr 2026
146
23:12 / 12 Noyabr 2026
147
23:03 / 12 Noyabr 2026
148
23:02 / 12 Noyabr 2026
292
22:59 / 12 Noyabr 2026
139
22:55 / 12 Noyabr 2026
165
22:49 / 12 Noyabr 2026
230
22:40 / 12 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.