Ev almaq istəyənlərə ŞAD XƏBƏR!
13 Noyabr 2026, 09:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
8382
16.03.2026, 23:28
Novruz və Ramazan bayramı münasibətilə bəzi universitetlərdə əməkdaşlara bayram mükafatının verilməsi planlaşdırılır. Universitetlərdə əməkdaşlara veriləcək bayram ödənişinin məbləği isə müxtəlifdir. Hər universitet öz imkanlarına uyğun olaraq əməkdaşlara fərqli məbləğdə vəsait ayırmağı nəzərdə tutur.
Oxu24.com "AzEdu.az" istinadən xəbər verir ki, universitet əməkdaşlarına ayrılan vəsaitin məbləğini öyrənmək üçün ali təhsil müəssisəsləri arasında sorğu keçirib.
Sorğumuza cavab olaraq Sumqayıt Dövlət Universitetindən (SDU) bildirilib ki, Novruz və Ramazan bayramları münasibətilə universitetdə çalışan bütün əməkdaşlara 400 manat, ailə üzvü və ya yaxın qohumu şəhid olmuş əməkdaşlara isə 500 manat məbləğində mükafat verilmişdir.
Mingəçevir Dövlət Universitetinin (MDU) bütün əməkdaşlarına Novruz və Ramazan bayramları münasibətilə 500 manat verilib.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bütün əməkdaşlara Novruz və Ramazan bayramları münasibətilə 450 manat verilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Novruz və Ramazan bayramları ilə əlaqədar universitetin bütün əməkdaşların bir aylıq əməkhaqqısının 40% mislində bayram hədiyyəsi yüklənilib.
Bakı Mühəndislik Universitetinin (BMU) bütün əməkdaşlarına bayram münasibəti ilə 300 manat pul mükafatı veriləcək.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) bütün əməkdaşlarına bayram münasibəti ilə 200 manat veriləcək.
Lənkəran Dövlət Universitetinin (LDU) professor müəllim heyətinə 315, inzibati heyətə 190 manat mükafat ayrılıb.
Azərbaycan Texniki Universitetinin (AzTU) bayram münasibətilə əməkdaşların mükafatlandırılması nəzərdə tutulub.Məbləğ isə hələ açıqlanmayıb.
Azərbaycan Turizm və Menecement Universitetində (ATMU) Novruz bayramı münasibəti ilə professor-müəllim və inzibati heyyətə mükafat verilib. Məbləğ məsələsinin isə konfedensial olduğu üçün açıqlanmayıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Novruz və Ramazan bayramları münasibəti ilə akademik və inziabti heyətin mükafatlandırılması nəzərdə tutulur. Məbləğ isə hələ məlum deyil.
Polis Akademiyasından bildirilib ki, bayramlarla əlaqədar nazirlik və akademiya rəhbərliyi tərəfindən mütəmadi pul mükafatları verilir. Məbləği isə bildirilməyib.
Azərbaycan Texnologiya Universitetindən (ATU) bildirilib ki, Novruz bayramı ərəfəsində əməkdaşlara pul mükafatı hər il verilir.
Qarabağ Universitetinin (QU) əməkdaşları üçün bayramı münasibəti ilə mükafatlandırılması nəzərdə tutulub. Məbləğ isə hələ açıqlanmayıb.
Azərbaycan İdman Akademiyasınında (AİA) əməkdaşları bayram münasibəti ilə mükafatlandırılıb.
Azərbaycan Dövlət Aqrar Universitetində isə bayramlarla əlaqədar mükafatlandırılma nəzərdə tutulmayıb.
09:34 / 13 Noyabr 2026
1
09:33 / 13 Noyabr 2026
12
09:31 / 13 Noyabr 2026
11
01:52 / 13 Noyabr 2026
289
01:49 / 13 Noyabr 2026
762
00:49 / 13 Noyabr 2026
151
00:18 / 13 Noyabr 2026
144
00:17 / 13 Noyabr 2026
223
23:53 / 12 Noyabr 2026
1530
23:51 / 12 Noyabr 2026
187
23:40 / 12 Noyabr 2026
265
23:34 / 12 Noyabr 2026
139
23:24 / 12 Noyabr 2026
1060
23:20 / 12 Noyabr 2026
140
23:19 / 12 Noyabr 2026
148
23:18 / 12 Noyabr 2026
146
23:12 / 12 Noyabr 2026
147
23:03 / 12 Noyabr 2026
148
23:02 / 12 Noyabr 2026
292
22:59 / 12 Noyabr 2026
139
22:55 / 12 Noyabr 2026
165
22:49 / 12 Noyabr 2026
230
22:40 / 12 Noyabr 2026
146
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.